Türkiyə, Ankara 12 noyabr / Trend , müxbir T.Əliyev/ Türkiyənin xarici işlər naziri Əli Babacan bu gün keçirdiyi mətbuat kofransında yaxın vaxtlarda Azərbaycana səfər edəcəyini bildirdib.
Türkiyəli diplomat səfərin tarixinin hələ müəyyənləşdirilmədiyini deyib.
Trend - un arayışı: Türkiyənin xarici işlər naziri Əli Babacan Cənubi Qafazdakı münaqişələrin regionun mühüm nəqliyyat və enerji layihələrinə ziyan vurduğunu bəyan edib. Babacan Türkiyənin sülh cəhdlərinin Qafqazdakı münaqişlərin həll edilməsi məqsədi daşıdığını bildirib. Türkiyənin Gürcüstan -Rusiya, Ermənistan -Azərbaycan və Ermənistan -Türkiyə münaqişələrinin həllində maraqlı olduğunu deyib.
Türkiyənin XİN rəhbəri Türkiyənin təklif etdiyi "Qafqazda sabitlik və əməkdaşlıq Platforması"nın Avropa İttifaqının regiondakı siyasəti ilə üst - üstə düşdüyünü əlavə edib.
Babacan Ermənistan xarici işlər naziri Eduard Nalbəndyanın da Türkiyəyə səfərinin planlaşdırıldığını bildirib.
Nazir Ermənistan prezidenti Serj Sarkisyan ilə Türkiyə prezidenti Abdullah Gülün yeni görüşünün keçirilməsi üçün 2009 - cu ilin oktybarında İstanbulda keçiriləcək Türkiyə - Ermənistan matçını gözləməyə ehtiyac olmadığını, prezidentlərin bir neçə ay ərzində bir araya gələ biləcəklərini bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]