...

Bakıda qətl hadisəsi baş verib

Siyasət Materials 17 Noyabr 2008 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 noyabr / Trend , müxbir S.Kazımlı / Bakının Sabunçu rayonu ərazisində qətl hadisəsi baş verib.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən (BŞ BPİ) bazar ertəsi Trend -a məlumat verilib.

Məlumata görə, noyabr ayının 16-da saat 10:25 radələrində 1976-cı il təvəllüdlü Alikina Marqarita Lvovovna Ramana qəsəbəsində yeni tikilidə yaşayan 1959-cu il təvəllüdlü Əntiqə İsgəndər qızı İsayevanı balta ilə qətlə yetirdiyinə görə BŞ BPİ və Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti