...

Türkiyədə baş vermiş avtobus qəzasında üç Gürcüstan və bir Azərbaycan vətəndaşı həlak olub

Siyasət Materials 19 Noyabr 2008 10:03 (UTC +04:00)
Türkiyədə baş vermiş avtobus qəzasında üç Gürcüstan və bir Azərbaycan vətəndaşı həlak olub

Gürcüstan, Tbilisi, 19 noyabr / Trend müxbir N.Kirtsxalia/ Gürcüstan Xarici İşlər Nazirliyinin verdiyi məlumata əsasən ötən gün Türkiyədə "Mahmud-tur" şirkətinə məxsus avtobusun qəzaya uğraması nəticəsində üç Gürcüstan və bir Azərbaycan vətəndaşı həlak olub.

Hadisədə Azərbaycan vətəndaşı Vaqif İsmayılov və Gürcüstan vətəndaşları Xatuna Baxturidze, Fatma Əskərova və Ketevan Tsiklauri vəfat ediblər.

Yol nəqliyyat hadisəsi nəticəsində 28 nəfər xəsarət alanlardan 12-si Azərbaycan əsilli Gürcüstan vətəndaşlarıdır. Xəsarət alanlardan üçü ağır vəziyyətdə Trabzon xəstəxanasındadı.

Həmçinin xəsarət alnlardan üç nəfəri İsrail vətəndaşı, biri Azərbaycan və biri Ermənistan vətəndaşıdır.

Qeyd edək ki, yol nəqliyyat hadisəsi Hopa şəhəri yaxınlığında ötən günü səhər saat 7-də baş verib. İlkin məlumatlara əsasən hadisə sürücünün yolun təmiri barədə nişanı görməməsi səbəbindən baş verib. Nəticədə avtobus işıqlandırma dirəyinə çırpılaraq aşıb. Hazırda sürücü Türkiyə polisi tərəfindən saxlanılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected] 

Xəbər lenti

Xəbər lenti