Azərbaycan, Gəncə, 22 noyabr / Trend , müxbir V.Məmmədov/ Azərbaycanın qərb bölgəsində yerləşən Samux rayonunun Qırmızı Samux kəndində aşkar edilən aviasiya bombalarının sayı 15-ə çatıb. Bombaların yayıldığı 2 kilometrlik ərazi polis tərəfindən nəzarət götürülüb. Bu barədə Samux rayon Polis Şöbəsinin rəis müavini Yaşar Hüseynov şənbə günü Trend -a məlumat verib.
Çümə günü qeyd olunan ərazidə dörd ədəd aviasiya bombası tapılmışdı.
Rəis müavini bildirib ki, daxili qoşunların minaaxtaranları ərazidə təmizləmə işlərinə başlayıblar. Tapılan aviasiya bombasının hər birinin çəkisi 250 kiloqramdır. Hüseynov əlavə edib ki bombalar yığıldıqdan sonra zərərsizləşdiriləcək. Həmin ərazinin sovetlər dövründə hərbi poliqon kimi istifadə olunduğu bildirilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]