...

Ermənistan Türkiyəyə qarşı irəli sürdüyü erməni "soyqırımı" məsələsindən uzaqlaşmaqdadır

Siyasət Materials 26 Noyabr 2008 11:17 (UTC +04:00)
Ermənistan Türkiyəyə qarşı irəli sürdüyü erməni "soyqırımı" məsələsindən uzaqlaşmaqdadır

Azərbaycan, Bakı, 25 noyabr/ Trend , müxbir E.Tarverdiyeva/ Yerevan və Ankara arasında diplomatik münasibətlərin yaxşılaşması gözlənilməz nəticələr verə bilər. Ermənistan görünür ki, zəif iqtisadiyyatını qoruyub saxlamaq üçün yaxınlarda Türkiyəyə qarşı irəli sürdüyü erməni "soyqırımı" məsələsindən imtina edəcək.

"Ermənistan və Türkiyə münasibətləri erməni "soyqırımı" tanınmasa da yaxşılaşacaq, çünki 1915-ci il soyqırımı məcazi mənadadır, lakin Ermənistanda ola biləcək aclıq realdır", - Qafqaz üzrə rusiyalı ekspert Vladimir Jarixin deyib.

15 il diplomatik əlaqələrin pozulmasından, sərhədlərin bağlanmasından və ikitərəfli iddialardan sonra Türkiyə və Ermənistan diplomatik əlaqələri düzəltmək qərarına gəliblər. "Biz Ermənistanla yeni əlaqələrin qurulması tərəfdarıyıq və bu ölkənin yeni hökumətinə göndərdiyimiz məktubda dialoqa açıq olduğumuzu ifadə etmişik", - bazar ertəsi Türkiyənin XİN başçısı Əli Babacan deyib, SNN-Turk xəbər verir.

Rəsmi Yerevan və çoxsaylı erməni diasporu artıq neçə illərdir ki, dünya ölkələri və parlamentləri tərəfindən erməni "soyqırımını" təsdiqləyən və Türkiyəni 1,5 mln. etnik ermənini məhf etməkdə ittiham edən qətnamələrin qəbuluna çalışır. Türkiyə bu böhtanları rədd edir və 1993-cü ildən Ermənistanla diplomatik əlaqələrini pozub, Yerevan üçün vacib nəqliyyat arteriyası olan sərhədlərini bağlayıb.

Edvard Nalbandyan Türkiyəyə dünənki səfəri zamanı bildirmişdir ki, onun ölkəsi ilkin şərtsiz Türkiyə ilə əlaqələrin yaxşılaşdırılmasına hazırdır.

"Soyqırım - bizim birgə tariximizin qara səhifəsidir və biz onu birgə vərəqləyib öz stabil gələcəyimizi qurmalıyıq", - Mediamaks agentliyinə müsahibəsində Nalbandyan bildirib.

Hal-hazırda Ermənistan və Türkiyə tərəfindən yaradılan və erməni "soyqırımını" araşdıran komissiyanın fəaliyyəti mümkün olub, bir qədər əvvəl isə Yerevan bu barədə eşitmək bele istəmirdi". Bu barədə Ermənistan XİN-in başçısı bildirib, Türkiyənin "Zaman" qəzeti xəbər verir.

Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan 2006-cı ildə Ermənistan prezidentinə erməni "soyqırımı"nın öyrənilməsi məqsədilə tarixçilərdən ibarət birgə komissiyanın yaradılması təklifi ilə müraciət etmişdir. Erməni tərəfi bu təklifdən imtina etmiş və bildirmişdi ki, "soyqırım" məsələsinə şübhə ilə yanaşmır.

Müşahidəçilərin fikrincə, Yerevanın bu cür dostcasına yanaşması sadə izah oluna bilər: Ermənistan elə bir geosiyasi vəziyyətdədir ki, Türkiyə ilə əlaqələrini yaxşılaşdırmasa, yaşaya bilməz.

"Əgər Ermənistan Türkiyə ilə nəqliyyat əlaqələrini bərpa etməsə,zəif nəqliyyat birləşmələri olan Yerevanın bu cür başqa şansı olmayacaq", - rusiyalı ekspert Jirixin hesab edir.

"İlkin şərtsiz danışıqlardan söz gedəndə prinsiplərdən çəkinmək məsələləri müşahidə olunur", Trend a MDB ölkələri institutunun direktor müavini Jirixin bildirib.

Türkiyəli siyasətşünas Altan Tan hesab edir ki, Türkiyə və Ermənistan ikitərəfli əlaqələrin inkişafında maraqlıdırlar və soyqırım faktını araşdıran birgə komissiyanın yaradılması həqiqəti müəyyən etməyə imkan verəcək və bu müharibədə neçə erməninin və müsəlmanın həlak olduğunu müəyyənləşdirəcək.

"Komissiyanın yaradılması müvəqqəti "soyqırım" məsələsini donduracaq, minimum o vaxta kimi ki, türk-erməni əlaqələri istənilən səviyyədədir", - Trend a İstanbuldan telefonla Tan deyib.

Lakin isteblişment komissiyanın "soyqırım" məsələsinin həlli fikiri ilə bölüşmür.

"Türkiyə erməni "soyqırımı"nı araşdırmaq məqsədilə tərixçilərdən ibarət komissiyanın yaradılması təklifi ilə çıxış edərkən bilirdi ki, Ermənistan bu təklifi qəbul etməyəcək, çünki faktı şübhə altına qoymur. Bununla yanaşı, Ankara beynəlxalq içtimaiyyətə sübut etmək istəyirdi ki, Yerevan bu problemin öyrənilməsindən imtina edir", - bu gün Yerevanda mətbuat konfransında erməni "soyqırımı" müzey-institutunun direktoru Ayk Demoyan deyib, "Novosti Armeniya" agentliyi xəbər verir.

Onun sözlərinə görə, türk tərəfinin bu addımı Ermənistana qarşı "informasiya çağrışı" deməkdir. "Əgər Türkiyə bu məsələnin araşdırılmasını istəsəydi, komissiyanın tərkibində müstəqil tarixçilərin işini təmin edərdi. Bəllidir ki, bunların heç biri Ankaranın maraqlarına cavab vermir", - Demoyan bildirib.

"Sərhədlərin açılması və Türkiyə ilə diplomatik əlaqələrin qurulması, erməni "soyqırımı" əfsanəsini aşmaq, rəsmi Yerevanın əl çəkmədiyi ideyasıdır",- siyasətşunas, Azərbaycan Sosial Araşdırmalar Fondunun prezidenti Rəşad Rzaquliyev hesab edir.

Bu, Ermənistanın tam təcrid olunması təhlükəsi ilə bağlıdır, necə ki, Gürcüstanda baş verən beş günlük müharibədən sonra baş verib.

Materialın hazırlanmasında R.Hafizoğlu (Bakı), R.Ağayev (Moskva) iştirak ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti