...

"Şərq tərəfdaşlığı" - ölkənin AB-yə üzvlüyü üçün yaxşı imkandır - Avropa komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri

Siyasət Materials 26 Noyabr 2008 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 noyabr / Trend , müxbir R.Novruzov/ Avropa komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri "Şərq tərəfdaşlığı"nı ölkənin AB-yə üzvlüyü üçün yaxşı imkan hesab edir.

"Şərq tərəfdaşlığı" Azərbaycanın Avropaya fəal inteqrasiyası üçün stimul olacaq", - Avropa komissiyasının Bakı nümayəndəliyinin rəhbəri Alan Vaddams çərşənbə günü deyib.

Polşa və İsveçrə mayın 26-da AB xarici işlər nazirlərinə şərq qonşuları üçün vahid forumun -"Şərq tərəfdaşlığı"nın yaraldılması barədə təklif təqdim ediblər. Buraya 27 dövlət, o cümlədən Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan və Ermənistan da daxildir.

""Şərq tərəfdaşlığı"nın özünün AB-yə üzv olacağı güman edilir və bu, Avropa Birliyi sıralarına qoşulmaq istəyən Ukrayna və Gürcüstan kimi ölkələrə də aiddir. Amma biz 20 illik mərhələdən danışırıq, çünki AB hələlik yeni üzvlərə hazır deyil", - Vaddams deyib.

Avropa komissiyası "Şərq tərəfdaşlığı" üzrə yeni bölmə yaradıb və gələn ilin əvvəllərində keçirilməsi nəzərdə tutulan ilk görüşdə "Şərq tərəfdaşlığı"na üzv ölkələrin Avropaya inteqrasiya prosesində uğurları müzakirə ediləcək və inteqrasiyanın əsas yolları müəyyən olunacaq. "Mən çox ümid edirəm ki, bu bölmə ölkələrin Avropaya tərəf daha tez hərəkət etməsinə yardımçı olacaq", -Vaddams söyləyib.

Qurum çərçivəsində vizaların ləğvi, azad ticarət zonasının yaradılması, strateji razılaşmaların imzalanması ilə bağlı danışıqlar aparılacaq.

Avropa komissiyasının Bakı nümayəndəliyinin rəhbəri Azərbaycanın Avropa Birliyində assosiativ üzvlüyünün dekabrda dayandırılacağı ilə bağlı KİV-də yayılan məlumatları təkzib edib.

Müləlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti