Azərbaycan, Bakı, 26 noyabr / Trend , müxbir Y.Ostapenko/ Dəniz quldurlarının Ədən körfəzində çoxalan hücumları ilə bağlı, Somali sahilllərində limanların mühasirəsi məqsədəuyğun deyil. Amma beynəlxalq hərbi dəniz qüvvələrinin şübhəli gəmiləri ələ keçirməsi yaranan vəziyyətdən çıxış yolu ola bilər.
"Somalinin mühasirəsi indiki anda səmərəli deyil", - Trend -a elektron poçtla Nəqliyyat İşçilərinin Beynəlxalq Federasiyasının Baş katibi Devid Kokford deyib - BMT-nin bizim əməl etdiyimiz müvafiq Qətnaməsi, uyğun olaraq, Somali suları sərhədindən uzaqda dəniz quldurluğunda şübhəli bilinən gəmiləri və qayıqları ələ keçirməyə yol verir".
Mühüm ticari dəniz yükdaşımaları yollarından biri olan Ədən körfəzi son ildə gəmiçilik üçün ən təhlükəli yerə çevrilib. BMT-nin məlumatına görə, təkcə bu ildə Somali sərhədlərində dəniz quldurlarının 120 hücumu qeydə alınıb, bu zaman onlarla ticarət gəmisi və 600 nəfərə yaxın dənizçi girov götürülüb. Dəniz quldurları 150 mln. avrodan çox ödənc alıblar.
Qərb ticarət firmalarının nümayəndələri Somali sahillərinin mühasirəsini təklif edirlər.
Bazar ertəsi Malayziyanın paytaxtı Kuala - Lumpurdakı konfransda gəmi sahibləri Somali sahillərində keşikçəkməni üzərinə götürməsi xahişilə BMT- yə müraciət ediblər. Əks halda, onlar öz gəmilərini Ədən körfəzi vasitəsilə buraxmayacaqlar, - Reuters agentliyi xəbər verir.
Bu qərarın dəniz quldurlarının daimi hücumlarından ümidsizləşmiş gəmi sahiblərini 30 faiz geri salacağı ikinci plana keçir.
Amma NATO - nun Baş katibi Yaap de Hoop Sheffer bazar ertəsi bəyan edib ki, Alyans Somali sahillərinin mühasirəsini dəniz quldurluğuna qarşı düzgün tədbir hesab etmir. Shefferin sözlərinə görə, bu cür qərarlar səsvermə yolu ilə qəbul olunmalıdır və BMT Təhlükəsizlik Şurasının müvafiq Qətnaməsini tələb edir.
Sahil xəttinin coğrafi xüsusiyyətləri səbəbindən limanların mühasirəsi - əsaslandırılmamış addımdır, - ekspetlər belə düşünür.
Mühasirə üçün zəruri hüquqi baza yoxdur, bundan əlavə, sahilin sahəsi böyükdür və həddən artıq çox sayda gəmi və təyyarə lazımdır, - dəniz yükdaşımaları üzrə mütəxəssis Kokford deyib.
Kokfordun sözlərinə görə, bu problemin həlli üçün həm bölgəyə yaxın, həm də uzaq regionlardan Somali sahillərinə hərbi-dəniz qüvvələrinin cəlb olunması zəruridir. Onun fikrincə, bu, əldə edilməyincə, dəniz quldurluğu əvvəllərdəki kimi yüngül qənimət mənbəyi olacaq və onunla mübarizə asan olmayacaq.
Hərbi idarəetmə orqanları mühasirənin məqsədəuyğunluğu məsələsini nəzərdən keçirməlidirlər, - gəmiçilik mütəxəssisi Piter Xinçlif hesab edir.
"Amma mənim fikrimcə, yaxşı variant - cinayət pozuntularında şübhəli bilinən bütün gəmilərin tutulmasıdır", - Beynəlxalq Gəmiçilik Palatası Dəniz Nazirliyinin direktoru Xinçlif Trend -a deyib.
Gəmiləri saxlayandan sonra, dəniz hüququ üzrə BMT - nin Konvensiyasındakı hala müvafiq şəkildə onlara hücum etmək olar, dəniz quldurlarını həbsə almaq, silahı aradan qaldırmaq olar, - Xinçlif hesab edir.
Amma hərbi dəniz qüvvələrinin nümayəndələri düşünürlər ki, coğrafi baxımdan, Ədən körfəzində gəmilərin həbsi fiziki olaraq mümkün deyil.
"Nəzarət etdiyimiz ərazi bütünlükdə 2,5 mln. kvadrat mildir və bizim hər dəniz quldurluğu aktının qarşısını almaq üçün eyni zamanda hər yerdə olmağımız mümkün deyil", - ABŞ - ın Bəhreyndəki V donanmasının leytenantı Natan Kristinsen Trend -a elektron poçt vasitəsilə bildirib.
Bundan əlavə, hərbi dəniz qüvvələrinin nümayəndələri hesab edirlər ki, Ədən körfəzindəki gəmilərin ələ keçirilməsi və onların həbsi üçün yetərli hüquqi əsas yoxdur.
Kristinsenin sözlərinə görə, Ədən körfəzindəki son dəniz qulduru hücumlarının 15 -dən, ən azı 10 halda, girov götürülən gəmilər ya Beynəlxalq Dəniz Təşkilatının tövsiyyə etdiyi hərəkət dəhlizindən kənar üzüblər, ya da məsləhət görülən özünümüdafiə tədbirlərinə əl atmayıblar. "Problem bundadır ki, bizim dəniz quldurlarının gəmilərini hücumla almaq səlahiyyətlərimiz olsa da, onlar üzərində beynəlxalq məhkəmə yoxdur və ya hərəkətlərinə görə məsuliyyətə alma mexanizmi yoxdur, - Kristinsen bildirib.
"Dəniz quldurlarını həbs etməklə, bu cunayətkarları fəaliyyətlərini dayandırmağa sövq edəcək qanuni qurum yoxdur", - Kristinsen hesab edir.
Müəlliflə əlaqə ünvanı: [email protected]