...

Azərbaycan prezidenti Türkiyə xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 1 Dekabr 2008 16:31 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Türkiyənin xarici işlər naziri Əli Babacanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib, - AzərTac dövlət agentliyi məlumat yayıb.

Dövlət başçısı Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını bildirib. Prezident Türkiyənin xarici işlər nazirinin Azərbaycana bu səfərinin də iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi işində müsbət rol oynayacağına ümidvar olduğunu bildirib.

Türkiyəli nazir Azərbaycanla əlaqələrin müstəsna əhəmiyyət kəsb etdiyini deyib. O, Azərbaycanla Türkiyə arasında münasibətlərin bütün sahələrdə yüksək səviyyədə olduğunu vurğulayıb. Babacan əlaqələrin siyasi, iqtisadi və bütün digər sahələrdə bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

Xəbər lenti

Xəbər lenti