...

Əfqanıstanda seçkilər Konstitusiya ilə müəyyən edilmiş müddətdə keçiriləcək – parlamentin sədri

Siyasət Materials 1 Dekabr 2008 19:11 (UTC +04:00)
Əfqanıstanda seçkilər Konstitusiya ilə müəyyən edilmiş müddətdə keçiriləcək – parlamentin sədri

Azərbaycan, Bakı, 01 dekabr/ Trend , müxbir T.Cəfərov/ Əfqanıstan parlamenti dəfələrlə ölkədə Konstitusiyanın müəyyən etdiyi müddətə müvafiq olaraq, prezident seçkilərinin keçirilməsi barədə qərar qəbul edib. Biz Əfqanıstan Konstitusiyasına sadiqik, - Əfqanıstan parlamentinin sədri Yunis Qanuni Trend ­- a bildirib.

Əfqanıstanda seçkilər üzrə müstəqil komissiyanın nümayəndəsi Trend - a bildirib ki, hökumət və komissiya nümayəndələri Əfqanıstanda prezident seçkilərinin təxirə salınması məsələsini müzakirə edirlər. Əfqanıstanda seçkilər fevralda keçirilir və bundan iki ay sonra prezident səlahiyyətlərinin icrasına başlayır.

Seçkilər üzrə  müstəqil komissiyanın sədri Zəkəriyyə Bərzaqi bildirib ki, martda əlverişsiz hava şəraiti ilə əlaqədar, seçkilər təxirə salınaca bilər.

Əfqanıstanda prezident seçkisi 2009 - cu il fevralın 20 - də keçiriləcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti