...

Azərbaycan prezidenti MTN -nin Heydər Əliyev adına Akademiyasının əməkdaşlarını təbrik edib

Siyasət Materials 5 Dekabr 2008 19:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 dekabr / , Azərbaycan prezidenti İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının yaradılmasının 10-cu ildönümü münasibətilə cümə günü akademiyanın əməkdaşlarını, kursantları və dinləyiciləri təbrik edib.

Təbrikdə bildirilib ki, Azərbaycanda dövlət quruculuğunun əsaslarını qoyan ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında mühüm dövlətçilik təsisatlarından biri olan təhlükəsizlik orqanları yenidən qurulub. Eyni zamanda, ümummilli liderimiz milli təhlükəsizlik orqanlarının kadr potensialının möhkəmləndirilməsinə xüsusi diqqət göstərib, müasir dövrün çağırışlarına effektiv cavab vermək iqtidarında olan yüksək ixtisaslı peşəkarların hazırlanmasını həyata keçirən Milli Təhlükəsizlik Akademiyasını təsis edib. Xüsusi xidmət orqanları qarşısında Azərbaycanın dövlət müstəqilliyini və milli maraqlarını qorumaq, təhlükəsizliyi və davamlı ictimai - siyasi sabitliyi təmin etmək, xüsusilə kəşfiyyat - pozuculuq fəaliyyətinə, terrorçuluğa, separatizmə və ekstremizmə qarşı mübarizəni gücləndirmək, iqtisadiyyatımız üçün strateji əhəmiyyət kəsb edən kommunikasiyaların mühafizəsində iştirak etmək kimi mühüm vəzifələr durur. Bu isə milli təhlükəsizlik orqanlarının müasir tələblərə cavab verən yüksək nəzəri və peşə hazırlıqlı gənc kadrlarla təmin olunmasını zəruri edir.

Təbrikdə qeyd edilib ki, böyük iftixarla Heydər Əliyev ənənələrini yaşadan Milli Təhlükəsizlik Akademiyasının əməkdaşları və yetirmələri onların üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, Azərbaycana sədaqətlə xidmət edəcək, vətənpərvərlik, şəxsi cəsarət, dönməzlik və saf mənəviyyat nümayiş etdirəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti