...

"Şərq tərəfdaşlığı" Proqramı üzrə yekun qərar gələn ilin martından tez qəbul olunmayacaq

Siyasət Materials 6 Dekabr 2008 13:54 (UTC +04:00)
"Şərq tərəfdaşlığı" Proqramı üzrə yekun qərar gələn ilin martından tez qəbul olunmayacaq

Aİ - nin "Şərq tərəfdaşlığı" Proqramının müzakirəsilə bağlı ilk sammit dekabrın 2 - 3 - də Brüsseldə keçirilib. Görüşdə Polşa və İsveçin bu ilin mayında altı postsovet ölkəsi -Ukrayna, Azərbaycan, Gürcüstan, Moldova, Ermənistan və Belarusla əməkdaşlıq təklifi müzakirə olunub.

Aparıcı siyasi analitik, Avropa İttifaqının genişlənməsi məsələləri üzrə ekspert, Avropa siyasi mərkəzinin (Belçika) proqram direktoru Antonio Missiroli (Antonio Missiroli), xüsusi olaraq Trend üçün

Dekabrın 3 - də Avropa Komissiyası "Şərq tərəfdaşlığı" Proqramının yaradılması üzrə təklifləri təsbit edən sənədi dərc edib. Bu sürətlənməni Gürcüstandakı münaqişə doğurub, amma yekun qərarı 2009 - cu ilin martında Avropa İttifaqı (Aİ - nin 27 üzvünün dövlət və hökumət başçıları) verəcək. İşlər plan üzrə gedərsə, həmin vaxt Avropa İttifaqına sədrlik edən Çexiya Respublikası yazda geniş tədbir təşkil edəcək. Keçən ilin iyulunda belə mərasim "Aralıq dənizi ittifaqı" üçün keçirilib.

Qəbul olunan sənəddə fövqəladə yenilik yoxdur. Burada Polşa və İsveçin hələ mayda təklif etdiyi ideyalar inkişaf etdirilir və onlara büdcə əlavələri nəzərdə tutulur.

Bu:

- sərhəd idarələrinə; kiçik və orta müəssisələrə;

- regional elektroenergetika bazarlarına, səmərəliliyin artırılmasına və bərpa olunan enerji mənbələri üçün daha geniş istifadəsinə;

- "Cənub enerji dəhlizi"nə - layihədə nəzərdə tutulan və Azərbaycan üçün mühüm olan infrastruktura;

- təbii və antropogen fəlakətin qarşısının alınmasına, ona hazırlığın və reaksiyanın təmininə -

yardım üçün əsas ünsürdür.

Aİ-yə daxilolma - uzunmüddətli perspektivdir. Bu, daxili (siyasi, iqtisadi, mülki) qanunvericiliyin Aİ ölkələrinin qanunvericiliyinə tədricən uyğunlaşmasını, Aİ qaydalarını və normalarını qəbul etmək hazırlığını nəzərdə tutur. Azərbaycan kimi ölkə üçün bu, ən yaxşı halda, on ildən iyirmi ilədək vaxt tələb edir. Buraya həll olunmamış Dağlıq Qarabağ münaqişəsi də əlavə edin, Azərbaycan Aİ - yə üzv olanadək bu münaqişəni sülh yolu ilə həll etməlidir. Ticarətin müəyyən olunan standartlara uyğun şəkildə inkişaf etdiyi vaxtda yaxşı idarəetmə və regional stabillik, ehtimal ki, bu mərhələdə əsas prioritetlər olacaq.

"Şərq tərəfdaşlığı" məsələləri Aİ-nin dekabrın 11-12-də keçiriləcək sammitində gündəlikdə olmayacaq. Ola bilər, nahar ərəfəsində qeyri - rəsmi müzakirələr olsun, amma marta - Çexiyanın sədrlik mərhələsinədək heç bir qərar qəbul edilməyəcək.

Müəllifin mövqeyi ilə redakisiyanın möqeyi üst - üstə düşməyə bilər.

Xəbər lenti

Xəbər lenti