...

Azərbaycanda yeni modeldə gənclər təşkilatının yaradılması müzakirə edilir -"İrəli" hərəkatının həmtəsisçiçi

Siyasət Materials 9 Dekabr 2008 16:31 (UTC +04:00)
Azərbaycanda yeni modeldə gənclər təşkilatının yaradılması müzakirə edilir -"İrəli" hərəkatının həmtəsisçiçi

Azərbaycan, Bakı, 09 dekabr / Trend , müxbir C.Babayeva, İ.Əlizadə/ Azərbaycanda yeni modeldə gənclər təşkilatının yaradılması istiqamətində müxtəlif təkliflər var, çərşənbə axşamı Trend -a fəaliyyəti bu gün dayandırılan "İrəli" gənclər hərəkatının həmtəsisçiçi Ceyhun Osmanlı bildirib.

"Yeni modeldə təşkilatın yaradılması üçün "İrəli" gənclər hərəkatının həmtəsisçiləri arasında fərqli fikirlər var", - Osmanlı deyib.

Trend -un arayışı: Üç ildən artıq fəaliyyət göstərən "İrəli" Ümumrespublika Gənclər Hərəkatının 5 mindən çox üzvü var. Fəaliyyət müddəti dövründə hərəkat 500-dən çox müxtəlif layihə həyata keçirib. "İrəli"də fəaliyyət göstərən 28 klub və departament Azərbaycan gənclərinin müxtəlif fəaliyyət istiqamətlərini əhatə edir. Qurumun həmtəsisçiləri fəaliyyətin dayandırılması barədə bu gün qərar çıxarıblar.

Hərəkat hakim partiyanın namizədi İlham Əliyevin prezident seçilməsi və onun bu istiqamətdə dəstəklənməsi məqsədi ilə yaradılmışdı. İlham Əliyev oktyabrın 15-də ikinci müddətə Azərbaycanın prezidenti seçilib. Hərəkat prezidentin təbliğatı ilə bağlı bir sıra layihələr həyata keçirib.

Osmanlının sözlərinə görə, yeni yarana biləcək təşkilat siyasətlə məşğul olmayacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti