...

İlham Əliyev "2009-cu il üçün ehtiyac meyarının həddi haqqında" qanunun tətbiqi ilə bağlı sərəncam imzalayıb

Siyasət Materials 10 Dekabr 2008 23:17 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev "2009-cu il üçün ehtiyac meyarının həddi haqqında" qanunun tətbiqi ilə bağlı sərəncam imzalayıb. Azərtac-ın yaydığı xəbərə görə, sərəncama əsasən Nazirlər Kabinetinə tapşırılıb ki, bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikasında 2009-cu il üçün ehtiyac meyarının həddi haqqında" 2008-ci il 25 noyabr tarixli 718-IIIQ nömrəli qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb prezidentə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə prezidentə məlumat versin;


öz səlahiyyətləri daxilində "Azərbaycan Respublikasında 2009-cu il üçün ehtiyac meyarının həddi haqqında" 2008-ci il 25 noyabr tarixli 718-IIIQ nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.


Xəbər lenti

Xəbər lenti