...

Qazaxıstanda "Azərbaycan-Qazaxıstan: əməkdaşlıq tarixi" ikicildliyi nəşr olunacaq

Siyasət Materials 11 Dekabr 2008 17:07 (UTC +04:00)

Qazaxıstan, Astana, 11 dekabr/ Trend , müxbir K.Konırova/ İlin sonunda "Azərbaycan - Qazaxıstan: əməkdaşlıq tarixi" ikicildliyi nəşr olunacaq, - "Nur Otan" partiyasının nümayəndəsi, "Azərbaycan - Qazaxıstan" Dostluq Assosiasiyasının üzvü Kazbek Kazkenov bildirib.

"Yaxın vaxtlarda    "Azərbaycan - Qazaxıstan: əməkdaşlıq tarixi" ikicildliyi buraxılacaq", - Azərbaycanın Qazaxıstandakı səfirliyində Heydər Əliyevin Xatirə Günündə çıxış edən Kazkenov deyib. Kitabda iki ölkənin qədimlərdən bəri davam edən mədəni əlaqələri əks olunacaq. Kazkenovun sözlərinə görə, ikicildliyin təqdimatı Astanada  Yeni il ərəfəsində baş tutacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti