...

Bakıda qar yağdı

Siyasət Materials 15 Dekabr 2008 05:37 (UTC +04:00)
Bakıda qar yağdı

Azərbaycan, Bakı, 15 dekabr / Trend , müxb. V.Əliyev/ Dekabrın 15-nə keçən gecə Bakıda ilk qar yağıb.

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər nazirliyinin Hidrometeorologiya Departamentindən hələ dekabrın 11-də Trend -a bildirmişlər ki, yaxın günlərdə ölkə ərazisində havanın temperaturu 4-5 dərəcə aşağı enəcək, dağ və dağətəyi rayonlarda sulu qar yağacaq.

Dekabrın 14-ü axşam saatlarında isə Azərbaycan paytaxtında başlayan leysan yağış sonradan qarla əvəzlənib. Yağıntı səhərə yaxın bir qədər də şiddətlənib və şəhərin küçələrində qar örtüyü əmələ gəlib.

Xəbər lenti

Xəbər lenti