...

ATƏT Azərbaycanda keçirilən prezident seçkisi üzrə yekun hesabatını açıqlayıb

Siyasət Materials 16 Dekabr 2008 14:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr/ Tren , müxbir N.Abdullayeva/ ATƏT-in Demokratiya və İnsan Haqları üzrə Bürosunun (DİHB) 2008 - ci il oktyabrın 15 - də Azərbaycanda keçirilən prezident seçkisi üzrə Müşahidəçi Missiyası yekun hesabatını açıqlayıb.

Oktyabrın 15 - də Azərbaycanda prezident seçkisi keçirilib.

Seçkilərin yekunlarına əsasən, Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasından olan namizəd, prezident İlham Əliyev seçici səslərinin böyük əksəriyyətini - 88,73 faizini toplayıb.

Müxalif Ümid Partiyasının sədri İqbal Ağazadə səslərin 2,86 faizini, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu 2,47 faizini, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev 2,28 faizini, müstəqil namizəd Qulamhüseyn Əlibəyli 2,23 faizini, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev 0,78 faimzini və Müasir Azərbaycan Partiyasının sədri Hafiz Hacıyev 0,65 faizini toplayıb.

Hesabatda , bu seçkilərdə, xüsusilə də seçki komissiyaları fəaliyyətinin bəzi texniki detalları ilə bağlı, ATƏT və digər beynəlxalq təşkilatların standartlarına doğru əhəmiyyətli tərəqqi qeyd olunur. Bununla yanaşı, seçki prosesinin ATƏT-in bəzi tələblərinə cavab vermədiyi də göstərilib. Hesabatda o da vurğulanır ki, seçki dinc şəraitdə keçib, o, rəqabət və prezidentliyə namizədlər arasında canlı siyasi ünsiyyətin olmaması ilə fərqlənib. Bu, plüralist demokratik seçkilər üçün mühümdür. Bəzi müxalif siyasi partiyaların, prosesdə iştirakı və fikrini ifadə etmək üçün bərabər imkanların olmaması kimi aradan qaldırılması mümkün olmayan maneələri əsas gətirərək, seçkidə iştirak etməkdən imtinası faktı təəssüflə qeyd olunur.

Sənəddə bildirilir ki, Azərbaycan hakitmiyyəti bütün namizədlər üçün daha münasib şərait yaradılması üçün bəzi səylər tətbiq edib, lakin onlar uğurla başa çatmayıb.

ATƏT-in Müşahidəçi Missiyası qeyd edir ki, dövlət və yerli icra hakimiyyəti orqanları tərəfindən seçki prosesinə birbaşa müdaxilə halları əvvəlki seçkilərlə müqayisədə az olub. Bununla belə, bəzi regionlarda yerli icra orqanları hakim partiyanın nümayəndələri ilə sıx fəaliyyət göstəriblər.

ATƏT-in məruzəsində o da diqqətə çatdırılır ki, seçkilər günü, vəziyyətin dinc olmasına baxmayaraq, seçki məntəqələrində seçicilər qrup şəklində səs verərkən insanların gizli səsvermə hüquqlarından həmişə istifadə edə bilməməsi ilə bağlı bir sıra qayda pozuntuları qeydə alınıb.

ATƏT səsvermə nəticələrinin Mərkəzi Seçki Komissiyasının veb - saytında operativ yerləşdirilməsinə müsbət məqam kimi yanaşır və qeyd olunur ki, bu, səsverməyə böyük şəffaflıqla yekun vurulmasına imkan yaradıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti