...

ABŞ GUAM-ın layihələrini qismən maliyyələşdirəcək – Baş katib

Siyasət Materials 16 Dekabr 2008 15:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr/ Trend , müxbir N.Abdullayeva/ ABŞ qismən "Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM"ın layihələrini maliyyələşdirəcək. GUAM, əməkdaşlıq haqqında dörd layihəni nəzərdən keçirilmək üçün ABŞ-a təqdim edib, - təşkilatın Baş katibi Valeri Çeçelaşvili çərşənbə axşamı Kiyevdən telefonla Trend -a bildirib.

Üç layihə mütəşəkkkil cinayətkarlıqla mübarizənin həyata keçirilməsi ilə - qeyri-qanuni insan alveri, narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq informasiya-analitik sistemin milli komponentlərinin gücləndirilməsi üzrə bir sıra birgə seminarların keçirilməsi ilə bağlıdır.

Dördüncü - GUAM-a üzv ölkələrin sərhəd xidmətləri arasında əməkdaşlıq üzrə layihədir, - Çeçelaşvili deyib.

Sənədlərin layihələri ATƏT-in Xarici İşlər Nazirləri Şurasının dekabrın 4-5 - də Helsinkidə keçirilən 16-cı görüşü çərçivəsində GUAM-ABŞ görüşündə təqdim edilib.

"Layihələr çoxdan, Batumi Sammitindən başlayaraq işlənilirdi. Amerika tərəfi bu işləmələrdən xəbərdar olub, - Çeçelaşvili qeyd edib. - İndi ABŞ hökuməti bu və ya digər layihənin tam və ya qismən maliyyələşdirilməsi imkanlarını nəzərdən keçirir".

GUAM dövlət başçılarının sammiti iyulun 1-də Batumidə keçirilib.

GUAM təşkilatı, regional əmədaşlıq üçün Avropa İttifaqı dövlət başçılarının 1997-ci ildə keçirilən sammiti zamanı yaradılsa da, 2005 - ci ilədək  əməli fəaliyyət göstərməyib. Son üç ildə sammitlərin əsas məsələləri regional münaqişələrin tənzimlənməsi və enerji təhlükəsizliyinin təmin edilməsi üzrə səylərin koordinasiyası olub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti