...

Azərbaycan və İordaniya ekstradisiya sazişinin təsdiqi haqqında etimadnamələri dəyişiblər

Siyasət Materials 19 Dekabr 2008 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 dekabr/ Trend , müxbir N.Abdullayeva/Azərbaycan və İordaniya ekstradisiya sazişinin təsdiqi haqqında etimadnamələri dəyişiblər

İkitərəfli münasibətlərin tənzimlənməsi baxımından imzalanmış sazişin və onun qüvvəyə minməsinin rolu çox vacibir, - Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov, İordaniyanın Azərbaycandakı müvəqqəti müvəkkili Adil Məhəmməd Adailahi ilə görüşdə bildirib, - Azərbaycanın XİN-in mətbuat xidmətindən cümə günü Trend -a bildiriblər.

Müqavilə 2009-cu il yanvarın 18-də qüvvəyə minir. Xələfov yaradılmış dövlətlərarası komissiyanın ikitərəfli münasibətlərin inkişafında vacibliyini qeyd edib. 2009-cu ildə komissiyanın növbəti iclasının keçirilməsi ölkələr arasında mal dövriyyəsinin artması və iqtisadi münasibətlərin dərinləşməsi üçün çox vacibdir, - Xələfov deyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti