...

Azərbaycan polisi özlərini polis əməkdaşı kimi təqdim edən şəxsləri saxlayıb

Siyasət Materials 25 Dekabr 2008 14:58 (UTC +04:00)

Azərbaycan, Bakı 25 dekabr / Trend , müxbir S. Kazımlı/  Azərbaycan polisi özlərini polis əməkdaşı kimi təqdim edən Sumqayıt şəhər sakinlərini saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı verilən məlumata görə, Yasamal rayonu ərazisində özlərini polis əməkdaşları kimi təqdim etmiş Sumqayıt şəhər sakinləri Ruslan Allahverdiyev və Anar Səmədov Bakı şəhər sakini Seymur Hacıyevə hədə-qorxu gələrək, 5000 manat pul tələb ediblər.

Bu zaman yaxınlıqda olan Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin əməkdaşları, polis kapitanları Murad İbrahimov və Əşrəf Məmmədov hadisəyə müdaxilə edərkən, Allahverdiyev və Səmədov polis əməkdaşlarına qarşı müqavimət göstəriblər.

Hər iki şəxs saxlanılaraq bölməyə gətiriliblər və barələrində cinayət işi başlanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti