...

Ramiz Mehdiyev: Tarix Azərbaycan xalqına qarşı belə cinayət və xəyanətlər barədə az şey bilir

Siyasət Materials 26 Dekabr 2008 16:55 (UTC +04:00)
Ramiz Mehdiyev: Tarix Azərbaycan xalqına qarşı belə cinayət və xəyanətlər barədə az şey bilir

Azərbaycan, Bakı, 26 dekabr/ Trend / Dekabrın 26 - da "Bakinski Raboçi" qəzetində Azərbaycan Respublikası Prezidenti İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyevin "Zaman haqqında düşünərək və elitanı dəyişdirərək: varislik və yenilikçilik" məqaləsi dərc edilib. Məqalənin həcmi böyük olduğundan, ictimaiyyət üçün maraq kəsb edə biləcək ayrı-ayrı hissələri oxuculara təqdim edirik.

Ramiz Mehdiyev: Tarix Azərbaycan xalqına qarşı belə cinayət və xəyanətlər barədə az şey bilir.

Ə.Vəzirovun 1988 - ci il mayın 30 - da mənim Azərbaycan Kommunist Partiyası MK-nın Katibi vəzifəsindən azad edilməyim barədə MK - nın plenumuna məsələ çıxarmaq qərarının (MK-nın I katibi seçildikdən 9 gün sonra) nə ilə bağlı olduğunu anlamaq o dövrdə mənim üçün çətin idi.

Düşünürəm ki, gəmini dənizin dibinə çəkən lövbər kimi, Sovet İttifaqının da dağılarkən milli respublikaları özü ilə dartıb apardığı çətin günləri əhatə edən Azərbaycan tarixini daha detallı şəkildə yazmağa üçün mənim hələ imkanım olacaq.

Plenumdan sonra Vəzirov ötən yüzilliyin 70- 80-ci illərində yaradılmış bütün kadr potensialını dağıtmağa başladı. Nə üçün bu insan o dərəcədə əhəmiyyətli dövrdə xalqının hərtərəfli rəhbəri ola bilmədi? Tarix ona belə şans vermişdi axı. Hər dəfə Azərbaycanın həmin dövrləri ilə bağlı müzakirələr aparılanda , mən onun ölkəyə rəhbərlik etdiyi dövrdə təqribən iki il onunla işləmiş şəxslərdən cavab alıram: Ə.Vəzirov zəif rəhbər olmaqla yanaşı, həm də ona həvalə olunan kiçik kollektivi idarə etməkdə fəciəvi bacarıqsızlığı, yaranan böhrandan çıxmaq üçün tələb olunan qeyri - adi səbat, ağıl və vəziyyəti idarə etmək qabiliyyətinin olmaması ilə seçilirdi. Cəmiyyət bu insanın şən "düşüncələr"ini və tez - tez onu gülməli vəziyyətlərə qoyan səbatsız rəftarını xatırlayır.

Onun milli reallıqları dərk etməməsi, respublikada yaranmış vəziyyətə adekvat yanaşmanın olmaması, Azərbaycan mentalitetinə yad əxlaq normalarının olması, onu, fəaliyyəti dövlət ərazilərimizin 20 faizinin itirilməsi, iqtisadiyyatımızın dağılmasına gətirib çıxaran insan obrazı kimi formalaşdrıb. Bütün bunlarla yanaşı, Mixail Qarbaçovun tərəfdarı və əlaltısı Vəzirov, onun bütün tapşrıqlarını nöqsansız və ciddi - cəhdlə həyata keçirirdi. Onun respublikada böhranın yaranmasında və Dağlıq Qarabağın ayrılmasında maraqlı olan Mixail Qarbaçovun faktiki olaraq Azərbaycanın düşməni olduğunu dərk etməməsinə inanmaq çətindir. Tarix Azərbaycan xalqına qarşı belə cinayət və xəyanətlər barədə az şey bilir. Vəzirovun sadə ideyası var idi: məşhur olmaq və tarixin yaddaşında qalmaq, yaradıcı və ya dağıdıcı kimi - bu o qədər də mühüm deyil. Yeri gəlmişkən, qədim Yunanıstanda Herostrat da belə hisslərlə yaşayırdı. Vəzirov da, Herostrat kimi, milli tarixə sosial quruluşun autsayderi və uğursuz adamı kimi daxil oldu.

Xəbər lenti

Xəbər lenti