Səhər başlayaraq İsrail ərazisinə altı raket zərbəsi endirilib. Bu barədə İsrailin "Qaarets" qəzeti məlumat verib.
RİA "Novosti" Agentliyinin verdiyi xəbrə görə, çərşənbə axşamı İsrail hərbçiləri Qəzzənin içərilərinə daxil olaraq HƏMAS-ın 30 döyüşçüsünü öldürüb və yaralayıblar.
BBC-nin Fələstin həkimlərinə istinadən verdiyi xəbərə görə, hərbi əməliyyatlar başlayan gündən Qəzzədə fələstinlilər arasında ölənlərin sayı 910 nəfərə çatıb, onların 292 nəfəri uşaq və 75 nəfəri qadındır. İsrailin rəsmi şəxsləri 13 israillinin, o cümlədən 3 dinc sakinin həlak olduğunu bildirirlər.
İsrail ordusu bəyan edir ki, əməliyyatların aparılmasında məqsəd HƏMAS israillilərlə sülh sazişinin uzadılmasından imtina etdikdən sonra ötən ilin sonunda pozduğu atəşkəsi bərpa etməkdən ibarətdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]