...

KADRDA: İnsanlar ölüm, amansızlıq və HƏMAS terrorunun olduğu gələcəyi görmək istəmirlər – İsrailin Azərbaycandakı səfiri

Siyasət Materials 14 Yanvar 2009 10:39 (UTC +04:00)
KADRDA: İnsanlar ölüm, amansızlıq və HƏMAS terrorunun olduğu gələcəyi görmək istəmirlər – İsrailin Azərbaycandakı səfiri

Azərbaycan, Bakı, 14 yanvar/ Trend , müxbir Ü.Sadıqova/ Trend - un Yaxın Şərq redaksiyasının İsrailin Azərbaycandakı səfiri Artur Lenklə müsahibəsi

 - Bu günə Qəzzə Zolağında hərbi əməliyyatları necə qiymətləndirirsiniz?

- İsrail öz vətəndaşlarının müdafiəsini davam etdirir. İsrail özünü müdafiə edir və terrora cavab verir. İsrailin yerində olan istənilən başqa bir dövlət də bunu edərdi.

- İsrail hökuməti vərəqələr yaymaqdan başqa, Qəzzə əhalisinin münaqişə zonasından köçürülməsi üçün nə edir?

- İsrail, bizim düşmənlərimiz olmayan Qəzzə sakinlərini HƏMAS terrorçularından ayırmaq üçün böyük addımlar atır. Deyildiyi kimi, köçürmə cəhdlərindən biri vərəqələrin yayılmasıdır. Digər addım telefonla insanları qonşularının silah saxlaması və onların öz təhlükəsizlikləri üçün evlərini tərk etmələri barədə xəbərdar etməkdir.

Digər addım vətəndaşların yerlərini daha yaxşı öyrənmək üçün informasiya üsullarından istifadədir. Biz, mümkün olan hər bir şeyi edirik. Lakin HƏMAS terrorçuları öz vətəndaşlarını girov saxlayır, onlar silahları məscidlərdə gizlədir, rəsmi şəxslərini hospitallarda yerləşdirir, məktəblərdən atəş açırlar. Məgər belə bir şey mümkündürmü? Onlar öz vətəndaşlarını qorxudurlar.

- İsrail Qəzzə əhalisinin humanitar yardımla təmin edilməsi üçün hansı addımları atır?

- İsrail, bütün ötən həftə ərzində hər gün yük maşınları və humanitar yardımı buraxmaq məqsədilə humanitar dəhlizin açılması üçün Qəzzəyə hücumları dayandırırdı.  Təkcə dünən Qəzzəyə, zəruri ərzaq və dərman da daxil olmaqla, 3000 ton humanitar yardım buraxılıb.

İsrail bunu BMT, Dünya Ərzaq Proqramı, YUNİSEF kimi humanitar təşkilatlara əməkdaşlıq , İordaniya  və digər ölkələrin ianələri ilə yanaşı edir. İsrail, hərbi əməliyyatlarin başlamamışdan sonra Qəzzəyə 22000 ton humanitar yardım və 900 yük maşını buraxıb.

- Qəzzədə hərbi əməliyyatlar dünyanın əksər ölkələrində, o cümlədən də Avropa ölkələrində etiraz dalğasına səbəb oldu. Qəzzədəki müharibə İsrailin imicinə necə təsir göstərəcək?

- Biz istəyirik insanlar başa düşsünlər ki, İsrail, onun yerində olacaq istənilən ölkənin edəcəklərini edir. İsrail və onun əhalisi ümid edir ki, insanlar bizim sülh uğrunda mübarizə apardığımızı görürlər. Biz, mülayim qonşularımızla birgəyaşayışa yol tapmağa çalışırıq, biz Qərb Sahilindəki qonşularımıza yaxşı həyat arzulayırıq.

İsrail danışıqların fələstinli və israillilərin yaxşı həyatına yol olduğunu başa düşən mülayim liderlərlə danışıqların aparılmasına can atır.

- Qəzzədə müharibə başa çatdıqdan sonra Fələstin-İsrail dialoqunun gələcəyini necə görürsünüz?

- İsrail gələcəkdə iki yanaşı dövlət görür --İsrail və Fələstin dövləti. İsrailin Baş naziri və xarici işlər naziri bunu dəfələrlə bəyan ediblər. Biz yalnız israillilər deyil, fələstinlilər üçün də yaxşı gələcək görmək istəyirik. Lakin ən yaxşı üsul - terrorçulara qalib gəlmək və öz əhalisini girov saxlayan, Qəzzədə kompromis və sülh əldə etmək cəhdlərinin qarşısını alan fundamentalçıları kənarlaşdırmaqdır.

Ümid edirəm ki, bu vaxt tezliklə gələcək  və regionda bütün insanlar üçün dinc həyat imkanı gətirəcək. Mən buna ümid edirəm.

Ümid edirəm ki, danışıqları bərpa edə bilsək, fələstinlilər və israillilərə normal həyatı təmin edəcək uzunmüddətli barışıq zərurətində cəmləşdirə biləcəyik; insanların istədiyi də budur. İnsanların çoxu ölüm, amansızlıq və HƏMAS-ın Qəzzə əhalisinə gətirdiyi terrorun olmadığı gələcəyi görmək istəyirlər.

Mənə elə gəlir, qeyri - adidir ki, mən - İsrailin səfiri fələstinlilərə yaxşı həyat arzusu barədə danışıram.

- Qəzzədəki münaqişənin nizamlanmasında beynəlxalq vasitəçiliyi necə qiymətləndirirsiniz?

- Əsas məsələ ondan ibarətdir ki, biz heç bir qaçaq silahın Qəzzəyə daxil olmayacağına əmin olaraq, burada sabitliyə nail ola biləcəyikmi? Eləcə də əmin olmalıyıq ki, Misir və Qəzzənin sərhədləri tunellər və İrandan daxil olan qaçaq silahdan müdafiə olunub.

Digər tərəfdən, bu, istənilən zorakılığın məhvi deməkdir. Sərhədlərin misirlilər və ya beynəlxalq qüvvələr tərəfindən müdafiə olunması fələstinlilərə sülh, sabitlik və yaxşı həyatı təmin etməkdə İsrailə kömək edəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:  [email protected]

Xəbər lenti

Xəbər lenti