...

Azərbaycanın müxalif partiyası təsis etdiyi təşviqat qrupunun sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib

Siyasət Materials 16 Yanvar 2009 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar / Trend , müxbir A.Hüseynbala/ Azərbaycanın müxalif partiyasının referendumla bağlı təsis etdiyi təşviqat qrupunun bildiriş sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim olunub.

"Sənədlərində problem olmasa, Mərkəzi Seçki Komissiyası beş gün müddətində imza vərəqələrinin verilməsi ilə bağlı qərar verməlidir", - cümə günü Trend -a "Respublikaçılar" Təşəbbüs Qrupunu təsis edən Müsavat Partiyası Mərkəzi icra Aparatının rəhbəri Arif Hacılı bildirib.

Trend -un arayışı: Azərbaycanın hakim partiyası "Yeni Azərbaycan", müxalif Müsavat Partiyası "Respublikaçılar" referendum üzrə təşəbbüs qruplaru yaradıblar. YAP-ın təşəbbüs qrupu yanvarın 14-də imza vərəqələrini qeydə alınmaq üçün Mərkəzi Seçki Komissiyasına təqdim edib.

"Azadlıq" blokuna daxil olan Xalq Cəbhəsi, Milli Birlik Hərəkatı, Vətəndaş və İnkişaf partiyaları, o cümlədən "Azərbaycan Naminə" İctimai Birlik, Demokrat Partiyası və bir sıra qeyri-hökumət təşkilatları "Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı", Klassik Xalq Cəbhəsi, Azadlıq, Milli Demokrat, Böyük Azərbaycan və Xalq patiyalarının təmsil olunduğu Demokratiya Uğrunda İttifaq "Azərbaycan Xalq Cümhuriyyəti", Azərbaycan Milli İstiqlal Partiyası isə "Milli İstiqlal" təşəbbüs qrupunun yaradılması barədə qərar verib.

Hakim partiyanın icra katibinin müavini Mübariz Qurbanlı  əvvəllər Trend -a bildirib ki, müxalifət partiyalarının referendum əleyhinə yaratdıqları təşəbbüs qrupları  səmərəsiz olacaq.

Azərbaycan parlamenti ötən ayın sonunda keçirilən iclasında Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi ilə bağlı referendumun martın 18-də keçirilməsi barədə qərar qəbul edib.

Konstitusiyanın 29 maddəsinə dəyişiklik edilməsinə dair referendumun keçirilməsi barədə qərar verilib.

Azərbaycan Respublikası Konstitusiyasının mətninə dəyişikliklər yalnız referendum vasitəsilə daxil edilə bilər (maddə 152). AR Konstitusiyasının mətninə dəyişikliklər Milli Məclis və ya prezident tərəfindən təklif edilirsə, o zaman təklif edilən dəyişikliklər üzrə əvvəlcədən AR Konstitusiya Məhkəməsinin qərarı alınmalıdır (maddə 153).

Hacılının sözlərinə görə, imza vərəqələri verilsə, onların 40 min imza toplaması üçün heç bir paoblem olmayacaq.

Müsavat Partiyası 1911-ci ilin oktyabrında Bakıda yaradılıb. Müsavat Partiyasının (Bərpa) Qurultayı 1992-ci il noyabrın 7-də Bakıda Respublika sarayuıda keçirilib. Gizli səsvermənin yekunları əsasında Qəmbər  səs çoxluğu ilə Müsavat Partiyasının başqanı seçilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]



Xəbər lenti

Xəbər lenti