...

2008 - ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın mövqeləri daha da güclənib -- İlham Əliyev

Siyasət Materials 16 Yanvar 2009 18:11 (UTC +04:00)
2008 - ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın mövqeləri daha da güclənib -- İlham Əliyev

Prezident İlham Əliyev bildirib ki, 2008-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın mövqeləri daha da güclənib, - AzərTAc dövlət agentliyinin yaydığı məlumatına görə, Azərbaycan dövlət başçısı bu sözləri Nazirlər Kabinetinin 2008 - ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında deyib.

Prezident BMT Baş Məclisində Azərbaycanın mövqeyini dəstəkləyən Qətnamənin qəbulu ölkəmizin siyasi və diplomatik uğuru, Azərbaycan və Ermənistan prezidentlərinin imzaladıqları Moskva Bəyannaməsini bunun davamı kimi qiymətləndirib.O bildirib ki, Bəyannamədə əksini tapan müddəalar ölkəmizin mövqeyini tam əks etdirir və münaqişənin beynəlxalq hüquq normaları əsasında həllini hədəfləyir.
Dövlət başçısı 2009-cu ildə də ordunun büdcəsinin artırıldığını və Azərbaycanın hərbi xərclərinin 2,3 milyard dollar təşkil edəcəyini qeyd edib. 2008-ci ilin mühüm hadisələri sırasında prezident seçkilərini də xatırladan Prezident İlham Əliyev deyib ki, bu seçkilərin nəticələri Azərbaycan xalqının mövcud hakimiyyətin siyasətini bəyəndiyini və dəstəklədiyini göstərdi.
Dövlət başçısı 2009-cu ildə nəzərdə tutulan bütün işlərin icrasının, Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşmasının diqqətdə saxlanılmasının zəruriliyini bir daha vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti