...

Gürcüstanda çoxmillətli hərbi təlimlər keçiriləcək

Siyasət Materials 19 Yanvar 2009 20:54 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 19 yanvar/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanda "Kooperativ Lanser/ kooperativ Lonqbou" adlı çoxmillətli təlimlər keçiriləcək.

Gürcüstanın quru qoşunları komandanı, vitse - polkovnik Zurab Aqaladze NATO - nun Madrid qərargahı komandanının müavini, briqada generalı Covanni Savareze ilə görüşüb.

Görüşdə tərəflər "Kooperativ Lanser/ kooperativ Lonqbou" adlı çoxmillətli təlimlərin keçirilməsinin təfərrüatlarını müzakirə ediblər.

Təlimlər Vazianidə, dördüncü briqadanın ərazisində mayın 3 - də başlayacaq və iyunun 3 - dək davam edəcək. Təlimlərdə 23 ölkə iştirak edəcək. Gürcüstan tərəfdən təlimlərə polkovnik Nuqzar Tsintsadze, NATO tərəfdən briqada generalı Covanni Savareze başçılıq edəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:  [email protected]

Xəbər lenti

Xəbər lenti