...

Bakıda baş verən qaz partlayışlarının əsas  səbəbi abunəçilərin təhlükəsizlik qaydalarına səhlənkar yanaşmasıdır - "Bakqaz"ın rəhbəri (video)

Siyasət Materials 22 Yanvar 2009 12:51 (UTC +04:00)
Bakıda baş verən qaz partlayışlarının əsas  səbəbi abunəçilərin təhlükəsizlik qaydalarına səhlənkar yanaşmasıdır - "Bakqaz"ın rəhbəri (video)

Azərbaycan, Bakı, 22 yanvar/ Trend , müxbir E.İsmayılov/ Son vaxtlar Bakıda baş verən qaz partlayışı və onun sızması hadisələrinin əsas səbəbi abunəçilərin məişət qaz təsərrüfatından istifadə üzrə təhlükəsizlik qaydalarına səhlənkar yanaşmasıdır. Bu barədə cümə axşamı keçirilən mətbuat konfransında "Bakqaz" İstehsal Birliyinin rəhbəri Tahir Əliyev bildirib.

"Baş verənlərin səbəblərindən biri abunəçilər tərəfindən məişət qaz təsərrüfatının qaz sisteminə inamsız qoşulması, xüsusilə də rezin borulardan istifadə etməsidir", - deyə Əliyev bildirib.

Onun sözlərinə görə, panel binalarda qızdırma məqsədi ilə qaz cihazlarından istifadə qəti qadağandır, şəxsi evlərdə isə müvafiq istifadə normalarına riayət olunmaqla mümkündür.

"Panel binalarda dəm qazından zəhərlənmə hadisələri bacaların ventilyasiya sisteminə qoşulması səbəbindən baş verir", - deyə Əliyev bildirib. Vaxt keçdikcə ventilyasiya sistemlərində böyük həcmdə dəm qazı yığılır.

Yanvarın 16-da Bakıda, Cavadxan küçəsi, 30 ünvanında yerləşən beş mərtəbəli binada patlayış baş verib, nəticədə bir girişin dörd və beşinci mərtəbələri tamamilə dağılıb. Hadisə nəticəsində beş nəfər həlak olub, on nəfər isə yaralanıb.

Əvvəllər "Azəriqaz" QSC-nin rəhbəri Əlixan Məlikov bildirib ki, Bakıda qaz partlayışları qızdırıcı sistemlərin olmadığıbinalarda baş verib və  buna görə də istehlakçılar qanunsuz qaz cihazlarından istifadə edirlər, baxmayaraq ki, binalarda buqəti qadağandır. "Bu aparatlar müvafiq olmayan təlimatlar ilə quraşdırılır. Onlar rezin boruların köməkliyi ilə quraşdırılır, bacalar da lazım olduğu kimi quraşdırılmır", - deyə Məlikov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti