...

ATƏT Ali komissarı  məhsəti türkləri üçün ərizə doldurulması müddətinin uzadılmasını alqışlayır

Siyasət Materials 23 Yanvar 2009 19:18 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 23 yanvar/ Trend , müxbir N.Kirtsxaliya/ ATƏT-in milli azlıqlar məsələləri üzrə Ali komissarı Knut Vollebek Gürcüstan parlamentinin vitse-spikeri Mixail Maçavariani ilə görüşdən razı qaldığını bildirib.

Onun sözlərinə görə, bu çox faydalı görüş olub və burada onun Sxumiyə səfərinin nəticələri nəzərdən keçirilib.

Vollebek Gürcüstanın məhsəti türklərinin vətənlərinə qaytarılması məsələsi üzərində fəal iş aparması faktını da müsbət qiymətləndirib. Xüsusilə də, Gürcüstan parlamentinin ərizə doldurulması müddətinin altı ay uzadılması qərarı qeyd olunub. ATƏT komissarı bunu xoş məram kimi qiymətləndirib.

Vollebekin sözlərinə görə, ölkədə vəziyyət ATƏT missiyasının uzadılmasına xidmət edir.

Məqalə müəllifi ilə əlvaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti