...

NATO-nun yubiley sammiti apreldə Fransa və Almaniyada keçiriləcək

Siyasət Materials 26 Yanvar 2009 18:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 yanvar / Trend , müxbir Е.Оstapenko/ "Təşkilatın 60 illiyinə həsr olunmuş NATO ölkələri dövlət və hökümət başçılarının yubiley sammiti aprelin 3-4-ndə Almaniyanın Kil və Baden-Baden, eləcə də Fransanın Strasburq şəhərlərində keçiriləcək", - NATO-nun press-relizində deyilir.

İclas NATO Baş Katibi Yaap de Xoop Sxefferin sədrliyi ilə keçiriləcək. Fransa prezidenti Nikolya Sarkozi və Almaniyanın federal kansleri Angela Merkel görüş keçirəcək. Görüş Strasburqun Musiqi və Konqres sarayı (Palais de la Musique et des Congrès), şam yeməyi isə aprelin 3-də, axşam radələrində Baden-Badenin Kurhaus kazinosunda (Kurhaus Casino) baş tutacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti