...

Azərbaycanda keçirilən prezident seçkiləri AŞPA-da yüksək qiymətləndirilib- Azərbaycan nümayəndə heyətinin qurumda rəhbəri

Siyasət Materials 26 Yanvar 2009 21:57 (UTC +04:00)
Azərbaycanda keçirilən prezident seçkiləri AŞPA-da yüksək qiymətləndirilib- Azərbaycan nümayəndə heyətinin qurumda rəhbəri

Fransa, Strasburq, 26 yanvar / Trend , müxbir A.Məhərrəmli/ Azərbaycanda ötən il keçirilən prezident seçkisi Avropa Şurası Parlament Assambleyasında (AŞPA) yüksək qiymətləndirilib, bazar ertəsi Strasburqda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov jurnalistlərə bildirib.

"Sevindirici hal ondan ibarətdir ki, sessiyada Azərbaycanda oktyabr ayında keçirilmiş prezident seçkiləri ilə bağlı çox müsbət və urəkaçan faktlar səslənib. Bilirsiniz ki, birinci iclasda ənənəvi olaraq, AŞPA-nın ötən altı ay ərzində gördüyü işlər ciddi müzakirə olunur. Bu ciddi məsələlər arasında Azərbaycanda keçirilən prezident seçkiləri də gündəmə gətirildi", - bazarertəsi Strasburqda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov jurnalistlərə bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi 2008-ci il oktyabrın 15-də keçirilib.

Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı Ilham Əliyev, müxalif Ümid Pariyasının sədri Iqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak etmişdir.

Seçkilərin nəticələrinə əsasən, Ilham Əliyev hamıdan çox səs toplayıb-88.73 faiz.

Iqbal Ağazadə 2, 86 faiz, Fazil Qəzənfəroğlu 2,4 faiz, Qüdrət Həsənquliyev 2,28 faiz, Qulamhüseyn Əlibəyli 2,23 faiz, Fuad Əliyev 0,78 faiz, Hafiz Haçıyev 0,65 faiz səs toplayıb

Seyidovun sözlərinə görə, seçkilərin ən yüksək beynəlxalq standartlara uyğun keçirilməsi ilə bağlı müxtəlif deputatlar öz mövqelərini bildi.

"Böyük Britaniyadan olan Lord TomLinsonun çıxışı diqqəti xüsusilə cəlb etdi. O qeyd etdi ki, bu, nəinki Azərbaycanda, hətta regionda keçirilən seçkilərdən keyfiyyətcə, demokratiya prinsiplərinə uyğunluq, eləcə də yüksək təşkilati nöqteyi-nəzərindən ən nümunəvi seçkilər kimi qiymətləndirilə bilər", - Seyidov dedi.

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası başlayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti