...

Azərbaycan paytaxtında məktəbli öz qardaşını qətlə yetirib

Siyasət Materials 30 Yanvar 2009 14:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 yanvar / Trend , müxbir S.Kazımlı / Bakının Binəqədi rayonunda qətl hadisəsi törədilib. Qardaş qardaşını bıçaqlayaraq öldürüb, cümə günü Trend -a Binəqədi rayon Prokurorluğundan məlumat verilib.

Prokurorluqdan bildiriblər ki, dünən saat 19:30 radələrində rayonun Məmməd Əmin Rəsulzadə qəsəbəsi, 1-ci Dəmiryol küçəsi, ev 16 ünvanda yaşayan 1991-ci il təvəllüdlü Elvin Füzuli oğlu Həşimov şəxsi mübahisə zəminində aralarında baş verən münaqişə nəticəsində qardaşı 1986-cı il təvəllüdlü Rövşən Həşimova bıçaqla üç xəsarət yetirib. Rövşən Həşimov aldığı xəsarətlər nəticəsində xəstəxanada ölüb. Hazırda Elvin Həşimovun tutulması üçün polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir. Elvin Həşimovun 99 saylı orta məktəbin 11-ci sinfində oxuduğu bildirilir.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 120.1-ci, qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. 

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti