...

Brüsseldə NATO-Gürcüstan Komissiyasının iclası keçiriləcək

Siyasət Materials 2 Fevral 2009 15:10 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 02 fevral / Trend , müxbir N.Kirtsxaliya/ Fevralın 4-də Brüsseldə NATO-Gürcüstan Komissiyasının növbəti iclası keçiriləcək. İclasda gələcək əməkdaşlıq perspektivləri müzakirə olunacaq, - Gürcüstan xarici işlər nazirinin müavini David Calaqoniya bazar ertəsi brifinqdə bildirib.

Onun sözlərinə görə, Gürcüstanın nümayəndə heyətinə xarici işlər naziri Qriqol Vaşadze başçılıq edəcək. Nümayəndə heyətinin tərkibinə müdafiə naziri David Sixarulidze və Avropa və Avro-Atlantik inteqrasiya məsələləri üzrə dövlət naziri Giorgi Baramidze daxil olacaq.

Gürcüstan nümayəndə heyətinin NATO-nun Baş katibi Yaap de Hoop Sxefferlə görüşü planlaşdırılıb.

NATO-Gürcüstan Komissiyası 2008-ci ilin sentyabrında, Şimali Atlantika Şurasının nümayəndə heyətinin Gürcüstana səfəri zamanı yaradılıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti