...

İslam dünyasına əl uzadaraq

Siyasət Materials 4 Fevral 2009 15:17 (UTC +04:00)

ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi

Prezident Barak Obama prezidentliyinin ilk anlarından İslam dünyasına əlini uzadaraq, rəğbətə əsaslanan dialoq aparmaq və anlaşılmazlığı, inamsızlığı aradan qaldırmaq üçün əməkdaşlıq təklif etmişdir.

"Biz müsəlman aləmi üçün qarşılıqlı maraq və hörmət əsasında irəliyə aparan yeni yol axtarışındayıq", - prezident Obama bu sözləri andiçmə mərasimində səsləndirib.

Yeni administrasiyanın ilk günlərindən etibarən prezident əməllərini dediklərilə uzlaşdırmağa başladı: o, dünyada mənfi rəmzə çevrilən və Kubada, Quantanamo Beydə yerləşən həbsxananı bağlamaq üçün addımlar atmışdır. Əlavə olaraq, o, Amerikanın iki ən mötəbər dövlət xadimlərindən olan keçmiş senator Corc Mitçelı Yaxın Şərq üzrə, uzun illər diplomat kimi çalışan Riçard Holbruku isə Əfqanistan/Pakistan üzrə xüsusi səfir olmağa dəvət etmişdir.

O elan etmişdir ki, prezident kimi fəaliyyətinin ilk 100 günü ərzində müsəlman ölkələrindən birinə səfər edəcək. Və müsəlman aləminə açıq ismarıc olaraq, prezident Obama mətbuat üçün ilk müsahibəsini ABŞ-dakı əsas xəbər qurumlarına deyil, "Əl-Ərəbiyya" şəbəkəsinə vermişdir.

Müsahibəsində o belə fikir söyləmişdir: "Mənim vəzifəm - müsəlmanlar arasında müstəsna insanların çox olduğunu amerikalılara aşılamaqdır və onlar öz həyatlarını yaşamaq, uşaqlarına daha yaxşı həyat qurmaq istəyindədirlər. Mənim işim müsəlman aləminə amerikalıların onların düşməni olmadıqlarını çatdırmaqdır. Biz bəzi hallarda səhvlərə yol veririq. Biz kamil olmamışıq."

Amerika ilə İslam dünyası arasında körpü yolunu oynamaq üçün prezident Obama çox münasib şəxsdir. Afrika mənşəli atanın və kanzaslı ananın oğlu olaraq o, öz uşaqlığı haqqında bəhs edəndə, tez-tez İndoneziyanı, dünyada ən çox müsəlman əhalisinə malik olan ölkəni xatırlayır. O, amerikalılara öz müsəlman qohumlarından, Şərqlə Qərbin, Cənubla Şimalın kəsişməsində olan irsindən danışır.

Bü gün Birləşmiş Ştatlar fəxrlə yaşayan bir ölkədir. Doğrudan da, amerikalılar özləri ilə fəxr edir, çünki ölkəni qurub-yaradan atalarımızın ali idealları və arzuları reallığa çox yaxınlaşıb. Bir millət olaraq, biz həmin o "daha təkmil birlik" istiqamətində, yəni hər bir oğlun, qızın prezident olmaq imkanını açan mərhələyə qədəm qoymuşuq. Tariximizin köləlik və ayrı-seçkilik (seqreqasiya) kimi kədərli tərəfləri keçmişdəki faktlar kimi qalır. Bu hadisələri keçmişdə qoymaq naminə atdığımız addımlar gücümüzün rəmzi və sevincimizin səbəbidir.

Bu sevincimizi Amerikanın sərhədlərindən uzaqlarda bölüşənlər də olub. Obama Amerikanın xarici siyasətinin Amerikanın dəyərlərinə sadiq qalacağı haqda vəd vermişdir. "Ümumi müdafiəmizə gəldikdə isə, biz təhlükəsizliklə ideallarımız arasında seçim etməyi yanlış hesab edirik. Qurub-yaradan atalarımız bizim təsəvvür etməkdə çətinlik çəkəcəyimiz bəlalarla üzləşiblər, qanunun aliliyi və insan hüquqlarını təmin etmək üçün xartiya tərtib ediblər, o xartiya ki, nəsillərin tökdüyü qanla genişləndirilib. Həmin ideallar hələ də dünyamıza işıq saçmaqdadır və biz onlardan rasionallıq xatirinə imtina etməyəcəyik", - bu fikiləri Obama andiçmə mərasimində söyləyib. "Və mən həmçinin, ən böyük paytaxt şəhərlərindən tutmuş atamın doğulduğu kiçik kəndə kimi, bu gün bizi izləyən bütün insanlara və hökumətlərə üzümü tutub deyirəm: bilin ki, Amerika sülh və şərəfli həyat axtarışında olan hər bir xalqın, kişinin, qadının və uşağın dostudur. Və biz bir daha liderlik etməyə hazırıq", - Obama səsləndirib.

Amerika Birləşmiş Ştatları Azərbaycanla yanaşı çalışaraq, ekstremist və nifrət daşıyan ideologiyalara qarşı mübarizə aparır. Bizim qoşunlar Kosovodan İraqa və Əfqanıstana kimi ərazilərdə çətinliklərlə üzləşən xalqlara sülh və ədalət qurmaqda kömək edir. İslam Konfransı Təşkilatında müqəddəs İslamın adından ekstremist planları naminə istifadə edənləri ifşa etmək üçün biz birgə mövqe nümayiş etdirmişik.

Qəzzədən Kabilə qədər qızğın münaqişələr və ümumi maliyyə böhranı kimi dünyadakı problemlərin saysız-hesabsız olmasına baxmayaraq, birgə işləsək, inkişafa nail olacağıq. Bu, Amerikada yeni günə olan ümidlərdir.

Xəbər lenti

Xəbər lenti