...

Rəsmi Bakı KTMT-yə üzv olan ölkələrin vahid hərbi kontingentinin yaradılmasında Azərbaycan üçün təhlükə görmür

Siyasət Materials 4 Fevral 2009 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 fevral / Trend , müxbir E.Rustəmov/ Rəsmi Bakı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələrin vahid hərbi kontingentinin yaradılmasının Azərbaycanın təhlükəsizliyinə təsir etməyəcəyini bəyan edib.

"Düşünürəm ki, hakimiyyət tərəfindən həyata kecirilən daxili və xarici siyasət kursu Azərbaycanın həm stabilliyini, həm də müstəqilliyini və təhlükəsizliyini təmin edir. Bununla da daha yaxşı, güclü və strateji baxımdan perspektivi təmin edir", - çərşənbə günü Trend -a KTMT-yə üzv olan dövlətlərin vahid hərbi kontingentinin yaradılmasına münasibət bildirərkən Azərbaycan Prezidentinin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Trend -un arayışı: Moskvada bu gün KTMT-nin iştirakçı dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının müdafiə nazirləri Şurası və təşkilatın Təhlükəsizlik Şuralarının katibləri Komitəsinin iştirakı ilə iclası keçirilib. İclasın əsas müzakirə mövzusu operativ reaksiyalı birgə kollektiv hərbi qüvvələrinin yaradılması olub və bununla bağlı saziş imzalanıb.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yeddi dövlət - Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın hərbi-siyasi birliyidir. Təşkilat 1992-ci il mayın 15-də imzalanmış Kollektiv Təhlükəsizlik Müqaviləsi əsasında yaradılıb. 2002-ci il mayın 14-də Kollektiv Təhlükəsizlik Müqaviləsi beynəlxalq təşkilata çevrilib. 2004-cü ilin dekabrın 2-də KTMT-yə BMT-nin Baş Assambleyasında müşahidəçi statusu verilib. Azərbaycan təşkilata üzv deyil.

Məmmədov deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan dövlətlər neçə illərdir ki, təşkilat cərçivəsində fəaliyyət göstərirlər.

"Hər bir dövlət öz müstəqilliyini və təhlükəsizliyini müxtəlif faktorlarla qorumaq ücün calışır. İndi bu dövlətlərin qarşılıqlı maraqları bu təşkilatda üst-üstə düşür. Həmin dövlətlər öz təhlükəsizliklərini bu cərçivədə daha mümkün görürlər və məqsədəuyğun sayırlar", - Məmmədov əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti