...

Bakıda Korrupsiyaya Qarşı Mübarizə üzrə Cənubi Qafqaz Parlamentlərarası Şəbəkə təsis edilib

Siyasət Materials 5 Fevral 2009 12:53 (UTC +04:00)
Bakıda Korrupsiyaya Qarşı Mübarizə üzrə Cənubi Qafqaz Parlamentlərarası Şəbəkə təsis edilib

Azərbaycan, Bakı , 05 fevral / Trend , müxbir C.Babayeva / Bakıda cümə axşamı Korrupsiyaya Qarşı Mübarizə üzrə Cənubi Qafqaz Parlamentlərarası Şəbəkə təsis edilib. Şəbəkənin məqsədi korrupsiya ilə mübarizə, parlamentlər arasında təcrübə mübadiləsi və bu məsələdə dövlətlərə yardım göstərilməsindən ibarətdir.

Şəbəkənin təsisiçiləri Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov və Gürcüstan parlamentinin Hüquq komissiyasının sədri Pavle Kublaşvili, Azərbaycanın bir neçə deputatı və Korrupsiya ilə mübarizə üzrə komissiyanın işçi qrupunun üzvü Əliməmməd Nuriyevdir.

Yaradılan şəbəkə Korrupsiyaya Qarşı Parlamentarilərin Qlobal Təskilatının (GOPAK) Cənubi Qafqazda nümayəndəliyidir. GOPAK-ın Bakıda numayəndəliyinin yaradılması barədə qərar təskilatın ötən il noyabrın 16-20-da Küveytdə baş tutan ucuncu konfransında qəbul olunub

Hüseynov jurnalistlərə bildirib ki, yaxın vaxtlarda təşkilat qeydiyyatdan keçmək üçün Azərbaycanın Ədliyyə Nazirliyinə müraciət edəcək.

Kublaşvili bildirib ki, Gürcüstan Azərbaycan ilə korrupsiya ilə mübarizə üzrə təcrübə mübadiləsi aparmağa hazırdır.

Hüseynov deyib ki, Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində Ermənistan ilə təcrübə mübadiləsi aparmağı lazım bilmir. "Ermənistanda mübadilə üçün müsbət təcrübə yoxdur. Azərbaycan bu sahədə Moldova, Ukrayna, Şərqi Avropa ölkələri ilə əməkdaşlıqda maraqlıdır", - deyə o qeyd edib.

Hüseynov əlavə edib ki, dövlət qeydiyyatından keçdikdən sonra Korrupsiyaya Qarşı Mübarizə üzrə Cənubi Qafqaz Parlamentlərarası Şəbəkə Bakıda beynəlxalq təşkilatların nümayəndələri ilə sıx əməkdaşlıq edəcək, maliyyə və qrant layihələri reallaşdıracaq, regional və beynəlxalq konfranslar keçirəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti