...

Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edirlər

Siyasət Materials 9 Fevral 2009 11:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 fevral / Trend , müxbir C.Babayeva/ Türkiyənin xarici işlər naziri Əli Babacan bazar ertəsi Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması yolları, təhlükəsizliyin təmin edilməsi və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Babacan səfər zamanı Azərbaycan prezidenti İlham Əliyev ilə görüşməyi planlaşdırır.

Danışıqlarda Türkiyə Baş nazirinin "Qafqazda təhlükəsizlik və stabillik platforması"nın yaradılması təşəbbüsünə də toxunulacağı gözlənilir.

Babacan Bakıya bazar günü axşam Münhendən gəlib. Türkiyə XİN rəhbəri orada təhlükəsizlik məsələləri üzrə 45-ci Münhen konfransında iştirak edib.

Məqalə müəllifi itlə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti