...

Gürcüstanın Dövlət Dəftərxanasının rəhbəri vəzifəsindən kənarlaşdırılandan sonra müxalifətə qoşulmaq niyyətində deyil

Siyasət Materials 9 Fevral 2009 14:22 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 09 fevral / Trend , N.Kitsxaliya/ Gürcüstanın Dövlət Dəftərxanasının rəhbəri vəzifəsindən kənarlaşdırılan Kaxa Bundukidze istefasından sonra müxalifətə qoşulmaq niyyştindş deyil. Bu haqda mşlumatı Bundukidze verib ve qeyd edib ki, müxalifətdə onun üçün yer yoxdur.

"İqtisadiyyatın tənzimlınmısi haqqında menim tərəfimdən hazırlanmış plan dövlət tərəfindən qəbul olunub və yeni Baş nazir Nika Qilauri onu həyata keçirmək niyyətindədir. Əsas olan da budur, çünki mən dövlət üçün işləyirəm", - deyın Bundukidze gələcəkdə də öz məsləhətləri ilə hökumətə kömək etməyə hazır olduğunu vurğulayıb.  

Dovlət Dəftərxanasının rəhbəri vəzifəsindən Bundukidzenin kənarlaşdırılması haqda məlumatı daha əvvəl Gurcustanın Bas naziri Qilauri verib və qeyd edib ki, bu postda başqa birini düşünür. Həmçinin, o qeyd edib ki, təcrübəli iqtisadçı kimi gələcəkdə də Bundukidzenin məsləhətlərinə müraciət etmək fikrindədir.

Xəbər lenti

Xəbər lenti