...

Gürcüstan XİN ATƏT müşahidəçilərinin azadlığa buraxılmasını təsdiqləyib

Siyasət Materials 10 Fevral 2009 16:54 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 10 fevral / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan xarici işlər nazirinin müavini Aleksandr Nalbandov ATƏT-in bu gün səhər qeyri-qanuni osetin hərbi silahlı qüvvələri tərəfindən tutulan iki müşahidəçisinin azadlığa buraxılması faktını təsdiqləyib. "Bu Tsxinvali marionet rejiminin həyata keçirdiyi növbəti provokasiyadır", - Nalbandov xüsusi brifinqdə deyib.

"Bu dəfə bu permanent provokasiyanın qurbanları mandata görə fevralın 19-na qədər münaqişə zonasında olmaq hüququna malik ATƏT-in müşahidəçiləri olub", - nazir müavini vurğulayıb.

Onun sözlərinə görə, provokasiyalar dekabrın 28-də ATƏT-in Gürcüstandakı mandatını uzatmaqdan imtina edən Rusiya tərəfindən başlanılıb.

"Bugünkü fakt isə müşahidəçiləri qorxutmaq cəhdi idi. Bu addım münaqişə zonasında monitorinq missiyasının pozulmasına yönəldilib", - Nalbandov qeyd edib.

Nazir müavini hesab edir ki, bu cür provokasiyalar Rusiyanın 6 bənddən ibarət Medvedyev-Sarkozi atəşkəs müqaviləsini yerinə yetirəcəyinə qədər davam edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti