Kazaxstan, Alma-ata, 11 fevral / Trend , muxbir R. Məşədihəsənli/ Alma-atada bu il 5 mehmanxananın açılışı planlaşdırılıb. Bu barədə çərşənbə günü Alma-ata şəhərinin meri Ahmətcan Esimov canlı yayımda jurnalistlərə bildirib.
"Ama-ata mədəniyyət, maliyyə və turizm mərkəzi olduğundan belə tikintilər bizim üçün vacibdir", - Esimov deyib.
Bu yaxınlarda Alma-atada orta təbəqəyə aid yeni "Holiday İnn" mehmanxanası açılıb və 150 nəfəri işlə təmin olunub.
"Böhran vaxtı yeni iş yerlərinin açılışı hələ də asan deyil", - Yesimov qeyd edib
Məqalənin müəllifi ilə əlaqə yaratmaq üçün ünvan: [email protected]