...

Azərbaycanın Penitensiar Xidmətin bir neçə müəssisəsinin rəhbəri tutduğu vəzifədən azad edilibb

Siyasət Materials 14 Fevral 2009 17:48 (UTC +04:00)

Azərbaycan, Bakı 14 fevral / Trend müxbir K.Zərbalieva/Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində kadr dəyişiklikləri olub.

Trend -un məlumatına görə, Penitensiar Xidmətdə şənbə günü  ötən ilin yekunlarına və 2009-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsinin yekununda fəaliyyətləri tənqid olunan bir neçə müəssisənin rəhbərləri tutduqalrı vəzifələrdən azad olunublar.

Ədliyyə nazirinin əmri ilə 15 saylı müəssisənin rəisi Yusif Allahyarov tutduğu vəzifədən və ədliyyə orqanlarından xaric edilib.

Müəssisənin əməliyyat şöbəsinin rəisi Tofiq Aslanov da tutduğu vəzifədən azad edilib.

Ədliyyə Nazirliyinin cəzaların icrası müfətişliyi 15 saylı cəzaçəkmə müəssisəsində yoxlama aparıb və müəssisədə kobud qanun pozuntuları aşkarlayıb.

Müfəttişliyin rəisi Malik Ələkbərov müşavirədəki çıxışında bildirib ki, 15 saylı cəzaçəkmə müəssisəsində son iki ayda 13 məhkuma qanunsuz qısa müddətli görüş verilməsi, müsbət xarakterizə olunmayan bir neçə məhkumun məntəqə tipli müəssisəyə köçürülməsi ilə bağlı məhkəmələrə təqdimatlar verilməsi, islah olunmuş, intizamlı məhkumların məntəqə tipli müəssisələrə köşürülməsi ilə bağlı onların müraciətlərinin müəssisə rəhbərliyi tərəfindən qəbul edilməməsi faktları mövcuddur.

Müfəttişliyin rəisi Ələkbərov deyib ki, həmin müəssisədəki xəstə məhkumlar vaxtında xəstəxanaya yerləşdirilməyib. Bir məhkum isə xəstəxanaya vaxtında köçürülmədiyindən ölməsi faktı qeydə alınıb.

Nazirin əmri ilə işdə yol verdiyi kobud nöqsanlara görə, 3, 6, 11 və 14 saylı məntəqə tipli müəssisələrin rəisləri də tutduqları vəzifələrdən azad olunub.

Müfəttişlik tərəfindən adıçəkilən məntəqə tipli müəssisələrdə cəzaların icrası və çəkilməsi qaydalarının kobud şəkildə pozulması müəyyən olunub.

Sson iki ildə məntəqə tipli müəsissələrə köçürülən məhkumlar tərəfindən törədilən cinayətlər 7 % artaraq 64 fakt təşkil edib.

Həmin müəssisələrdə saxlanılan məhkumlar tərəfindən hesabat dövründə 60 cinayət törədilib.

2008-ci ildə yol verdikləri qanun pozuntularına görə, xidmətin 13 əməkdaşı intizam məsuliiyətinə cəlb edilib, 10 əməkdaşı isə ədliyyə orqanlarından xaric olunub.

Xəbər lenti

Xəbər lenti