...

Qırğızıstan parlamentinin beynəlxalq komitəsi qoşunların Manas bazasından çıxarılmasını təsdiq edib

Siyasət Materials 17 Fevral 2009 10:45 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 17 fevral/ Trend , müxbir A.Tanayev/ Qırğızıstan Jorku Keneşinin (parlament) beynəlxalq komitəsi çərşənbə axşamı, Manas bazasından qoşunların çıxarılmasını təsdiq edib.

Parlament bu məsələnin cümə axşamı Jorku Keneşin yığıncağında səsverməyə çıxarılmasını tövsiyə edib.  

Fevralı 3-də Qırğızıstan prezidenti Kurmanbek Bakiyev respublika ərazisində aviabazanın fəaliyyətinin dayandırılması barədə qərarın qəbul olunduğunu, lakin yekun qərarın parlament tərəfindən qəbul ediləcəyini bildirib.

Sazişin parlament tərəfindən ləğv edilməsi üçün reqlamentə əsasən, üç komitə bu haqda qərar çıxarmalıdır: beynəlxalq, konstitusiya və müdafiə, həmçinin hər üç fraksiya.

Müdafiə komitəsi artıq sazişi təsdiq edib.

Aviabaza Qırğızıstanda 2001-ci ildə BMT-nin mandatı üzrə koalisiya qüvvələri tərəfindən Əfqanıstanda aparılan "Sarsılmaz azadlıq" adlı antiterror əməliyyatlarına dəstək məqsədilə yaradılıb.

Məqalə müəllifi iləəlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti