...

Azərbaycan İranı neft-qaz sahəsində əməkdaşlığa çağırır (Video)

Siyasət Materials 19 Fevral 2009 13:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral/ Trend , müxbir E.Rüstəmov/ Azərbaycan İranı neft-qaz sahəsində əməkdaşlığa çağırır.  

Neft-qaz və enerji sahələrində Azərbaycan və İran arasında mümkün əməkdaşlıq hər iki tərəf üçün faydalı ola bilər. Bu barədə cümə axşamı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iranlı həmkarı Mənüçöhr Mottaki ilə görüşdə bildirib.

Məmmədyarov deyib ki, Xəzərin neft-qaz ehtiyatlarının istifadəsi beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.  

Nazirlərin görüşü Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın yeddinci iclası çərçivəsində baş tutub.

İclasda iki ölkənin birgə komissiyanın tərkibinə daxil olan müxtəlif idarə və nazirliklərinin rəhbərləri iştirak edirlər.

İclasın yekununda, əsasən iqtisadiyyat, həmçinin digər sahələrdə iki ölkə arasında bir sıra sənədlərin imzalanacağı gözlənilir.

2008-ci ildə Azərbaycan ilə İran arasında mal dövriyyəsi 452874,8 min dollar təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti