...

Netanyahu hökuməti Fələstin-İsrail danışıqlarına son qoya bilər – rəy

Siyasət Materials 20 Fevral 2009 20:48 (UTC +04:00)
Netanyahu hökuməti Fələstin-İsrail danışıqlarına son qoya bilər – rəy

Azərbaycan, Bakı, 20 fevral / Trend , müxbir Ü.Sadıqova/ İsrailin yeni hökumətinə sağ koalisiya qüvvələrin - Fələstinlə sülh prosesinin əleyhinə olanların - daxil olması və bu qüvvələrin danışıqlar aparmaq niyyətində olmaması səbəbindən Fələstin-İsrail sülh danışıqları durdurula bilər.

"Gələcək İsrail hökuməti iki dövlətin (İsrail və Fələstin) mövğud olma problemini inkar edərsə, biz (Fələstin Muxtariyyəti) onlarla danışıqlar aparmayacağıq", - telefon bağlantısı zamanı hakim FƏTH partiyasının mətbuat katibi Ramallah bildirib.

Cümə günü İsrail prezidenti Şimon Peres Knessetə seçkilərdə 27 yer əldə edən "Likud" partiyasının başçısı Benyamin Netanyahuya yeni hökuməti formalaşdırmağı tapşırıb. Beləlklə, Netanyahu altı həftə ərzində hökuməti fomalaşdırdıqdan sonra baş nazir postunda Ehud Olmerti əvəzləyəcək.

Peresin hökumətin fomalaşdırılması haqqında təklifini qəbul etdikdən sonra Netanyahu, Tsipi Livni və Ehud Barakı sözü gedən hökumətə dəvət etsə də, "Kadima"nın rəhbəri Livni müxalifətə çəkilmək qərarına gəlib. 

18-ci çağırış Knessetə keçirilən seçkilərdə "Likud" bir səs rəqibi "Kadima"dan az yığsa da, Netanyahu Knessetin 65 üzvünün dəstəyini qazana bilib.

Netanyahu fələstinlilərlə danışıqlarda sərt mövqeyi ilə seçilir. O, İordan çayının qərb sahilində fələstinlilərin qarşı çıxdıqlarına baxmayaraq yəhudi yaşayış məntəqələrinin tikilməsi tərəfdarıdır. "Likud" Qəzzada HƏMAS-a qarşı 22 gün aparılan əməliyyatların dayandırılmasının əleyhinə çıxırdı.

Netanyahu hakimiyyəti formalaşdırdığı halda ikinci dəfə baş nazir postuna yiyələnəcək. 1996-99-cu illərdə o, hökumət başçısı olduğu zaman Yerusəlimin bölünməsi problemi üzündən Fələstinlə danışıqlara son qoymuşdu.

Seçkiqabağı təşviqat zamanı Netanyahu Qərb sahili də daxil olmaqla əsasən regionun iqtisadi problemlərinə diqqət yetirəcəyini və ilk öncə HƏMAS-la əlaqələri kəsəcəyini bildirmişdir.

"Netanyahu fələstinlilərin maraq dairəsi xaricində olan problemləri həll edəcək. Bizim əsas hədəfimiz isə Fələstinin müstəqilliyinə nail olmaqdır", - FƏTH-in mətbuat katibi Əbu Eyn qeyd edib.

"Danışıqlar zamanı yaranan problem liberal siyasətçi olan Netanyahuyla yox, məhz İsrail hökumətinin gələcəkdə dini və millətçi partiyalar tərəfindən idarə olunması təhlükəsindədir", - Barillan Universitetinin politoloqu Yəhudit Auerbax hesab edir.   

"İsrail hökuməti sağ yönlü partiyalardan ibarət olarsa, Netanyahunun sülh prosesindəki mövqeyi zəyifləyəcək", - Trend un Yerusəlimlə telefon bağlantısı zamanı Auerbax dedi.

Auerbaxın fikirləri ilə razılaşan "Çatham Haus"un analitiki Yossi Mekelberq qeyd edir ki, problem təkcə fələstinlilərlə deyil, İsrailiin daxilində də yarana bilər. 

"Düşünürəm ki, sağyönlü qüvvələrin hakimiyyətə gəlişi nəinki Fələstinlə sülh danışıqlarının əldə olunmasına, eləcə də "Likud" və "Kadima"nın yaxınlaşmasına da zərbə vuracaq", - Londondan Trend -la telefon bağlantısı zamanı Mekelberq bildirib.  

Mekelberqin fikrincə, İsrail hökumətinin sağ qanadı Fələstin muxtariyyəti ilə danışıqların genişlənməsinin əleyhinə olduğundan, Netanyahu hökumət başına keçərsə danışıqların sonu ola bilər. 

Xəbər lenti

Xəbər lenti