...

Beynəlxalq birliyin yardımı fələstinlilərin iqtisadi durumunu yaxşılaşdıracaq - FM başçısı

Siyasət Materials 2 Mart 2009 14:31 (UTC +04:00)
Beynəlxalq birliyin yardımı fələstinlilərin iqtisadi durumunu yaxşılaşdıracaq - FM başçısı

"Aİ və beynəlxalq təşkilatlar İsrail hücumlarından sonra Qəzzənin bərpası, regionda ticarət və iqtisadiyyatın bərpasına yardımçı olacaq", - Fələstin Muxtariyyətinin başçısı Mahmud Abbas bazar ertəsi Şarm-Əl-Şeyxdə Qəzzə Zolağının bərpasına həsr olunmuş konfransda çıxış edərkən deyib - "Əl-Ərəbiyyə" məlumat verib.

Onun sözlərinə görə, Fələstin hökuməti beynəlxalq ictimaiyyətə Qəzzənin bərpası üzrə plan təqdim edib ki, bu da ərəb ölkələri və Aİ-nin maliyyə dəstəyi ilə iqtisadiyyatın inkişına kömək edəcək. Ancaq FM-nin başçısı planın xırdalıqları haqda məlumat verməyib.

Səudiyyə Ərəbistanı İsrailin HƏMAS üzvlərinə qarşı 22 günlük hücumu nəticəsində zərərçəkmiş Qəzzə əhalisinə kömək məqsədilə bir milyard dollar ayırıb.

Qətər, Küveyt və Əlcəzair də maddi yardım göstərib.

Abbasın sözlərinə görə, 2007-ci ildə İsrail-Fələstin münaqişəsi üzrə Paris və Annapolisdə keçirilmiş konfranslar muxtariyyətdəki təhlükəsizliyin möhkəmləndirilməsinə kömək edib və buna görə də fələstinlilər ümid edirlər ki, bundan sonra ediləcək yardım iqtisadi durumun yaxşılaşdırılmasına kömək edəcək.

FM-nin Baş naziri Salam Əl-Fayedin sözlərinə görə, bir müddət əvvəl İsrailin hücumuna məruz qalmış Qəzzənin bərpasına təxminən üç milyard dollar ayrılacaq. İsrail hücumunun nəticəsində 1300 fələstinli dünyasını dəyişib, Qəzzədə yaşayış binaları, məktəblər və administrativ obyektlər dağıdılıb.

HƏMAS-ın nümayəndələri konfransa dəvət olunmayıb.

Hillari Klintonun ABŞ-ın Qəzzənin bərpasına 300 milyon dollar, FM-ə 600 milyon dollar yardım göstərməsi haqda bəyanat verəcəyi də gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti