...

Azərbaycan müxalifətinin referendum üzrə təşviqat qrupunda təmsil olunan partiya üzvü müxalifət liderlərini imitasiyada günahlandırıb

Siyasət Materials 2 Mart 2009 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 mart / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan müxalifətinin referendumla bağlı təsis etdiyi təşviqat qruplarının apardığı kampaniya çox zəifdir.

"Müxalifət liderləri növbəti dəfə xalqın guya mübarizəsini təşkil etmək görüntüsü yaradırlar və bunların hamısı imitasiyadır", - bazar ertəsi Trend -a Azərbaycan Demokrat Partiyasının (ADP) üzvü Qurban Məmmədov bildirib.

Тrend Nеws-un arayışı: Azərbaycanda referendumla bağlı təsis edilən təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına start veriblər.

Mərkəzi Seçki Komissiyasının qərarı ilə həftə ərzində bir dəfə 90 dəqiqə İctimai Televiziyada, 90 dəqiqə isə İctimai Radioda efir vaxtı müəyyənləşdirilib. Televiziyada efir vaxtı saat 18:15-dən, radioda isə saat 20:15-dən başlayacaq. Təşviqat kampaniyası zamanı bütün təşviqat qrupları üçün həm televiziyada, həm də radioda dörd dəfə pulsuz efir vaxtə ayrılacaq.

Referendumla bağlı qəbul olunmuş təqvim planına əsasən, təbliğat kampaniyası martın 16-da saat 24:00-da başa çatdırılmalıdır.

Martın 18-də Azərbaycanda ölkə Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üzrə referendum keçiriləcək.

Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş Cəmiyyəti", "Davamlı İnkişaf Naminə", "Zəka", "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da təşviqat qrupları kimi qeydiyyata alınıblar. "Abad kənd", "Azad söz", "Azərbaycan Xalq Cümhuriyyəti" və "Milli İstiqlal" təşəbbüs qrupları qeydiyyatdan keçməyib.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas Qanuna dəyişikliklər edilib.

Məmmədovun sözlərinə görə, müxalifət liderlərinin mübarizəsi imitasiyadır. "Müxalifət liderləri son qərar qəbul ediləsi anda müxtəlif bəhanələrlə bundan yayınırlar", - partiya üzvü əlavə edib.

Onun fikrincə, bu cür hərəkət etməklə müxalif partiya rəhbərləri xalqın mübarizə əzmini də qırırlar. "Ona görə hesab edirəm ki, bu müxalifət liderləri ilə heç nə əldə etmək mümkün olmayacaq", - Məmmədov deyib.

Sаğ təmаyüllü partiya olan ADP 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən təsis edilib. Partiya 2007-ci ilin yanvarınadək iqtidara qarşu radikal müxalif mövqedə olub. 2008-ci ilin yanvarında ADP-nin hakimiyyətlə dialoq qurulmasu ilə bağlı yeni siyasi kursu qəbul edilib. Buna etiraz olaraq keçmiş sədr Rəsul Quliyev və tərəfdarlaru ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Partiyasını yaradıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti