...

AŞPA məruzə hazırlayacaq – həmməruzəçi

Siyasət Materials 3 Mart 2009 10:40 (UTC +04:00)
AŞPA məruzə hazırlayacaq – həmməruzəçi

Azərbaycan, Bakı, 02 mart / Trend , müxbir E.Rüstəmov / Bazar ertəsi telefon bağlantısı zamanı AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel Trend -a bildirib ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) həmməruzəçiləri Azərbaycanın qurum qarşısında götürdüyü öhtəliklərlə bağlı növbəti məruzə hazırlayacaqlar.

"Məruzə Azərbaycanla Avropa Şurasının əməkdaşlığının bütün sahələrini əhatə edəcək", -  Herkel deyib.

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvü olmaqla üzərinə ölkədə demokratik dəyərlərin təmin olunması ilə bağlı bir sıra öhdəliklər götürüb. Ölkə hələ də AŞ-nin monitorinqi altındadır. Öhdəliklərin yerinə yetirilməsinə AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçiləri nəzarət edir.

Demokratiya, söz azadlığı və insan haqları sahəsində öhdəliklərin yerinə yetirilməsi ilə bağlı vəziyyətlə tanış olmaqdan ötrü həmməruzəçi aprel ayında Azərbaycana gəlməyi planlaşdırır. Qeyd edək ki, Azərbaycan üzrə sonuncu məruzə iki il öncə hazırlanıb.

Herkelin sözlərinə görə, yeni məruzənin cari ilin payız aylarına kimi hazırlanması və baxılması üçün AŞPA-ya təqdim olunması gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti