...

ABŞ Azərbaycanın qərbyönümlü kursunu dəstəkləyir – səfir

Siyasət Materials 4 Mart 2009 16:05 (UTC +04:00)
ABŞ Azərbaycanın qərbyönümlü kursunu dəstəkləyir – səfir

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir E.Rüstəmov / Azərbaycanın qərbyönlü kursu ABŞ tərəfindən dəstəklənir. Bu barədə çərşənbə günü ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bildirib.

ABŞ və Xəzər-Qara dəniz və Baltik regionları şirkətləri arasında iqtisadi əməkdaşlığın perspektivlərinə həsr olunmuş dəyirmi masada çıxış edən Enn Dersi bildirib ki, Azərbaycan Qərbə inteqrasiya etməklə öz suverenliyini və təhlükəsizliyini saxlaya bilər.  

Səfir ABŞ və Xəzər-Qara dəniz və Baltik regionları şirkətləri arasında iqtisadi əməkdaşlığın perspektivlərindən danışıb. Görüş zamanı Xəzər regionuna münasibətdə ABŞ-ın enerji siyasəti məsələlərinə toxunulub. Görüşdə regionda Amerika maraqları və Azərbaycan biznesinin ABŞ bazarına çıxması üçün şərait ayrıca nəzərdən keçirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti