...

FƏTH və HƏMAS vahid hökumət yaratmağa hələ hazır deyil

Siyasət Materials 4 Mart 2009 17:35 (UTC +04:00)

Azərbaycan, Bakı 04 mart / Trend , müxbir Ü.Sadıqova / HƏMAS-ın Qəzza Zolağının problemlərinə həsr olunmuş konfransın işində iştirak etməməsi FƏTH və HƏMAS arasında milli hökumətin yaradılması məsələsi üzrə bir çox fikir ayrılıqlarının olduğunu göstərir.

"FƏTH ilə HƏMAS arasında çox qanlar axıdılıb", - deyə Trend -a elektron poçt ilə Kris Doyl (Chris Doyle), Ərəb-Britaniya Qarşılıqlı Anlaşma Şurasının (Council for Arab-British Understanding) rəhbəri bildirib. Konfrans [Şarm Əş-Şeyxdə keçirilən] [Milli hökumətin yaradılması üçün] vaxtsızdır.

Misirin Şarm Əş-Şeyx şəhərində keçirilən və Qəzza Zolağının bərpası problemlərinə həsr olunan konfransa HƏMAS nümayəndələri dəvət olunmayıb, baxmayaraq ki, anklava hərəkat liderlərinin nəzarəti altındadır.

Konfransda Fələstin Muxtariyyəti adından Mahmud Abbas Administrasiyasının rəhbəri və baş nazir Salem Fəyyad çıxış edib.

HƏMAS nümayəndəsi Məhəmməd Nazal "Əl-Cəzirə" ərəb telekanalına müsahibəsində bildirib ki, "hərəkat, HƏMAS-ı iştirakdan təcrid edən Aİ və ərəb dövlətlərinin onlara qarşı göstərdikləri hörmətsizliyi tənqid edir". Nazalın sözlərinə görə, HƏMAS-ın yardımı və iştirakı olmadan Qəzza Zolağının bərpası mümkün deyil. 

Qəzzanın bərpası üçün yardım qismində Fələstin milli hökumətinə ümumilikdə təqribən 4,5 mlrd. dollar ayrılıb. Əsas donor ölkələr sırasında Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, ABŞ və Avropa İttifaqı çıxış edib.

"Əsas odur ki, donor ölkələr Qəzzanın bərpası üçün lazım olarsa HƏMAS ilə əməkdaşlıq etməyə razılıq veriblər", - deyə Doyl bildirib.

Konfrans FƏTH ilə HƏMAS arasında martın sonunadək milli Fələstin hökumətinin  

yaradılması barədə Qahirədə aparılan danışıqlardan dərhal sonra baş tutub. Bu 2006-cı il parlament seçkilərində HƏMAS-ın qələbə qazanmasından sonra davam edən Fələstin qarşıdurmasına son qoyacaq.

FƏTH və HƏMAS, aralarındakı dialoqu İsrailin Qəzzada HƏMAS üzvlərinə qarşı apardığı hərbi əməliyyatlardan sonra bərpa ediblər. Əməliyyatlar nəticəsində 1300 fələstinli və 16 israilli həlak olub. HƏMAS-in inzibati infrastrukturu və Qəzzada bir çox yaşayış binaları tamamilə dağılıb.

Fələstin administrasiyasının rəsmi nümayəndələri hesab edirlər ki, Şarm Əş-Şeyx şəhərində keçirilən konfransda Fələstin qruplaşmalarının problemləri nəzərdən keçirilmir, buna görə də hakim FƏTH partiyasından başqa onun işində heç kim iştirak etməyib.

"Fələstin xalqını HƏMAS deyil, milli hökumət təmsil edir", - deyə Trend -a Brüsseldən telefonla Avropa İttifaqındakı Fələstin nümayəndə heyətinin rəhbərinin müavini Adil Atey vurğulayıb. Buna görə də konfransda nə HƏMAS, nə FƏTH, nə də ki digər siyasi qruplaşmalar iştirak etməyib. Fələstin Muxtariyyəti qanunverici orqanın nümayəndəsi Ziyad Əbu Əmr hesab edir ki, HƏMAS-ın milli hökumətdə iştirakı zəruridir, çünki bu, Qəzzanın bərpası prosesini yüngülləşdirəcək.

"Vahid Fələstin maraqları və vahid hökumət olmadan Qəzzanın bərpası mümkün deyil", - deyə Trend -a telefonla Xarici Əlaqələr üzrə Fələstin Şurasının keçmiş sədri Əbu Əmr bildirib.

Lakin FƏTH və HƏMAS arasında Fələstin əraziləri üzərində nəzarət və Fələstin-İsrail dialoqu məsələləri üzrə mövcud olan fikir ayrılıqları onların arasında barışığın əldə olunmasına əngəl ola bilər.

HƏMAS İsrailin mövcudluğunu tanımır və sülh prosesi zamanı imzalanan beynəlxalq sazişlərin legitimliyini rədd edir.

"Fələstin hökuməti HƏMAS-dan İsrailin mövcudluğunu tanımağı tələb etmir. Lakin əsas odur ki, gələcək vahid Fələstin hökuməti bütün beynəlxalq müqavilələrə riayət etsin [Fələstin-İsrail dialoqu üzrə]".

Sülh danışıqlarının əsası 1993-cü ildə Osloda aparılan danışıqlarla qoyulub. O zaman danışıqlar Vaşinqtonda Fələstin Azadlıq Təşkilatının (FAT) keçmiş lideri Yasir Ərəfat və İsrailin keçmiş baş naziri İshaq Robin arasında sazişin imzalanması ilə başa çatıb.

Saziş Qərb Sahilində muxtar idarəetmə hüququnun FAT-a, ərazidə təhlükəsizlik üzrə nəzarətin isə FAT polisinə verilməsini nəzərdə tutur.

Fələstinin "Əl-Əyyam" qəzetinin icmalçısı Məhəmməd Yəqxi hesab edir ki, Qahirədə FƏTH ilə HƏMAS arasında aparılan danışıqlar sazişin imzalanması ilə nəticələnə bilər, lakin sənədin reallaşdırılma şansı az olacaq.

Yəqxi Trend -a bildirib ki, milli hökumətin yaradılması HƏMAS-a FAT-da (Fələstinin rəsmi nümayəndəsi) iştirak şansı verə bilər və eyni zamanda Mahmud Abbas öz hakimiyyətinin legitimliyini təsdiq edə bilər. Lakin burada belə bir sual ortaya çıxır ki, Abbas bu qiyməti ödəməyə razı olacaqmı?

Mahmud Abbasın hakimiyyət dövrü 2009-cu ilin yanvarında başa çatıb, lakin o, 2010-cu ildə keçiriləcək seçkilərədək öz postunu saxlayıb.

"1968-ci ildən FAT-a nəzarət edən FƏTH onun üzərində nəzarəti digər siyasi partiya, xüsusilə də HƏMAS ilə bölüşmək istəməyəcək", - deyə Yəqxi bildirib.

Digər mübahisəli məsələ 2003-cü ildə qəbul olunan yol xəritəsinə əsasən Qərb Sahilində təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi olaraq qalmaqdadır.

Nəzarəti FƏTH-in təhlükəsizlik qüvvələri həyata keçirir.

Fələstin problemi üzrə aparıcı analitiklərdən biri olan Yəqxinin rəyinə görə, Abbas xüsusilə də ABŞ-ın onları dəstəklədiyi halda təhlükəsizlik qüvvələrinin yerləşdirilməsində dəyişiklik etmək istəməyəcək.

"Milli hökumət haqqında dialoqun nəticəsi heç birinin məğlub olmaq istəmədiyi iki partiyanın gələcək rəqabətinə təsir göstərəcək", - deyə o əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti