...

NATO Gürcüstanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini qəti şəkildə dəstəklədiyini bildirib – XİN

Siyasət Materials 6 Mart 2009 10:52 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 06 mart / Trend , müxbir N.Kirtsxaliya /

NATO sammitində alyansa üzv ölkələr "Gürcüstanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini qəti və dəqiq şəkildə dəstəklədiklərini ifadə ediblər", - ABŞ-ın Dövlət katibi Hillari Klintonla görüşdən sonra Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze gürcü jurnalistlərə bildirib.

NATO-nun nazirlər görüşü çərçivəsində NATO-Gürcüstan komissiyasının iclası keçirilib. İlk dəfə olaraq nazirlərin görüşündə ABŞ-ın yeni Dövlət katibi Klinton iştirak edib.

Vaşadzenin sözlərinə görə, Klinton ilə görüşdə ABŞ və Gürcüstan arasında ikitərəfli əlaqələr nəzərdən keçirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti