...

Gürcüstan XİN NATO-nun nazirlər görüşünün nəticələrini rəsmi şəkildə açıqlayıb

Siyasət Materials 6 Mart 2009 11:08 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 06 mart / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstanın Xarici İşlər Nazirliyi martın 5-də Brüsseldə NATO-nun baş qərargahında keçirilən NATO-Gürcüstan komissiyasının iclasının nəticələrini rəsmi şəkildə açıqlayıb. Məlum olduğu kimi, iclasa alyansın Baş katibi Yaap de Hoop Sxeffer sədrlik edib. Gürcüstanın nümayəndə heyətinə ölkənin xarici işlər naziri Qriqol Vaşadze rəhbərlik edib.

Gürcüstan XİN-in Mətbuat və Nəşr Departamentindən Trend -a verilən məlumata görə, görüşdə Gürcüstanın NATO-ya inteqrasiya perspektivləri, münaqişələrin nizamlanması prosesi, Gürcüstanın işğal olunmuş ərazilərində hərbi potensialın artması, ölkədə aparılan demokratik islahatlar və iqtisadi vəziyyət nəzərdən keçirilib.

Alyans üzvləri Gürcüstanın irəliləyişlərə nail olduğunu qeyd ediblər və NATO-ya daxil olma yolunda Gürcüstana köməklik göstərməyə hazır olduqlarını bildiriblər. Onlar, həmçinin Gürcüstanın süverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bir daha təsdiq ediblər və Rusiya Federasiyasını altı bəndlik müqavilənin şərtlərini tam şəkildə yerinə yetirməyə çağırıblar.

Həmçinin qeyd olunub ki, gələcəkdə NATO-Rusiya Şurası çərçivəsində Rusiya ilə münasibətlərin bərpa olunmasına dair NATO xarici işlər nazirlərinin razılaşma əldə etməsi üzrə mövzularından biri Rusiya ilə Gürcüstan arasında mövcud olan əsaslı fikir ayrılıqları üzrə müzakirələrin aparılması olacaq.

NATO-Gürcüstan komissiyasının iclasından sonra Gürcüstanın xarici işlər naziri Vaşadze ilə ABŞ-ın dövlət katibi Hillari Klinton arasında görüş baş tutub.

Həmin gün NATO-nun baş qərargahında gürcü və xarici jurnalistlər üçün Gürcüstanın XİN rəhbərinin mətbuat konfransı keçirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti