...

Azərbaycanın Qax rayonunda dörd seçki məntəqəsində veb-kameralar quraşdırılacaq

Siyasət Materials 11 Mart 2009 10:45 (UTC +04:00)

Azərbaycan, Şəki, 11 mart / Trend , müxbir X.Əkbərova /  

Azərbaycanın şimal-qərbində yerləşən Qax rayonunun dörd seçki məntəqəsində veb-kameralar quraşdırılacaq.

112 saylı Qax Dairə Seçki Komissiyasının (DSK) sədri Abdulkərim Əliyev çərşənbə günü Trend -a bildirib ki, dairə 54 məntəqəni əhatə edir.

"Seçki məntəqələrinin lazımı avadanlıqlarla təmin olunması və bütün hazırlıq işləri artıq tam başa çatıb. Dairə üzrə 38 314 seçici qeydə alınıb ki, onlardan 187 nəfəri ilk dəfə olaraq səs verəcək", - Əliyev deyib. 

Azərbaycanın şimal-qərb bölgəsində yerləşən Qax rayonu paytaxt Bakıdan 432 km məsafədədir.

Trend -un arayışı:  Martın 18-də Azərbaycanda ölkə Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üzrə referendum keçiriləcək. Referendum günü 500 seçki məntəqəsində veb-kamera quraşdırılacaq.

Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş Cəmiyyəti", "Davamlı İnkişaf Naminə", "Zəka", "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da təşviqat qrupları kimi qeydiyyata alınıblar.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas Qanuna dəyişikliklər edilib.

112 saylı Qax Dairə Seçki Komissiyasında 9 təşviqat qrupu, 495 müşahidəçi qeydə alınıb. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti